Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama

Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
16 aprel 2021
# 13:49

Azərbaycanın tanınmış teatr və kino aktrisası Zümrüd Qasımova əməliyyat etdirib.

Kulis.az xəbər verir ki, Milli Onkologiya Mərkəzində əməliyyat etdirən aktrisa xərçəng olmadığını deyib:

"Mən sizə düzgün informasiya vermək istəyirəm. Çünki hamı başqa cür yazır. Qeyd edirlər ki, mən xərçəng xəstəliyindən əziyyət çəkirəm. Amma bu elə deyil. On bir il əvvəl məndə bu xəstəlik olub, keçib. Sadəcə ondan sonra iki əməliyyat keçirmişəm. Biri 2015-ci ildə, sonuncu əməliyyatı da indi keçirdim. Bu əməliyyat mənim həyatım üçün çox vacib idi".

Zümrüd Qasımova onu da bildirib ki, keçirdiyi sonuncu əməliyyat profilaktikdir:

"Bu əməliyyat gələcəkdə, məndə bu xəstəliyin bir daha yaranmaması üçün qabaqcadan alınmış tədbir idi. Mənim əməliyyatım həkimim Şəmistan Alıyev tərəfindən Milli Onkologiya Mərkəzində aparıldığına görə hər kəs elə başa düşdü ki, məndə onkoloji problemdir. Ancaq çox şükür ki, məndə o problem deyil. Sadəcə olaraq həyatımı qarantiyaya almaq üçün bəzi şeyləri etməliydim. İndi özümü yaxşı hiss edirəm".

Aktrisa onun səhhəti ilə bağlı narahatlıq keçirən şəxslərə Kulis vasitəsilə təşəkkürünü bildirib.

# 6594 dəfə oxunub

Oxşar xəbərlər

"Hər birimizin içində  bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

"Hər birimizin içində bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

17:50 19 avqust 2026
“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

16:50 19 avqust 2026
“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

16:00 19 avqust 2026
Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

15:30 19 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

14:40 19 avqust 2026
Lorkanın itmiş əsərləri tapıldı

Lorkanın itmiş əsərləri tapıldı

14:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər