Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir”

Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir”
7 yanvar 2026
# 15:44

“1941”, “Body Heat”, “Diner”, “The Outsiders”, “Rumble Fish”, “9½ Weeks”, “Barfly” kimi filmlərlə tanınan aktyor Mikki Rurkun kirayə borcu səbəbilə evindən çıxarılma təhlükəsi ilə üz-üzə qaldığı iddia edilib.

Kulis.az xəbər verir ki, Los-Ancelesdə yaşayan aktyora 59 min 100 dollar məbləğində olan kirayə borcunu ödəməsi və ya evi 3 gün ərzində boşaltması üçün xəbərdarlıq məktubu göndərilib.

Bu xəbərdən sonra internetdə Mikki Rurk üçün yardım fondu açılıb. Aktyorun məlumatı daxilində başladıldığı deyilən kampaniyada təxminən 100 min dollar ianə toplanması hədəflənib.

Mickey Rourke'tan bağış kampanyası sonrası açıklama. "Utanç verici" 1

Lakin Mikki Rurk sosial şəbəkə hesabında paylaşdığı video ilə iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Məyus olduğunu bildirən aktyor kiminsə onun adından kampaniya təşkil etməsini başa düşmədiyini deyib.

Mickey Rourke'tan bağış kampanyası sonrası açıklama. "Utanç verici" 2

Aktyor pula ehtiyacı olsa belə, bu yolla yardım istəməyəcəyini vurğulayıb:

"Həyatım çox sadədir, belə xarici mənbələrə müraciət etməzdim”.

Mickey Rourke'tan bağış kampanyası sonrası açıklama. "Utanç verici" 3

Baş verənləri "utancverici" adlandıran aktyor pərəstişkarlarından pul göndərməmələrini xahiş edib. Həyatındakı hər şeyə görə minnətdar olduğunu deyən Rurk bu cür yardım çağırışının onun üslubuna uyğun olmadığını bildirib.

Qeyd edək ki, 73 yaşlı aktyorun paylaşdığı videoya sosial şəbəkələrdə çoxsaylı dəstək mesajları gəlib.

Xatırladaq ki, Mikki Rurk illər əvvəl baş rolunu oynadığı “Wrestler” filmindəki performansına görə Oskar mükafatına namizəd göstərilib və “Ən yaxşı aktyor” nominasiyasında Qızıl Qlobus və BAFTA mükafatlarını qazanıb.

Mickey Rourke'tan bağış kampanyası sonrası açıklama. "Utanç verici" 5

# 1140 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər