Məşhur rok qrupu 31 ildən sonra geri qayıdır

Məşhur rok qrupu 31 ildən sonra geri qayıdır
30 iyul 2022
# 11:00

Türk pop musiqisinin unudulmaz qruplarından olan İzel Çelik Ercan geri qayıdır.

Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, 90-cı illərin fenomen qrupu İzel Çelik Ercan 31 ildən sonra geri dönür.

Üç musiqiçi yenidən birləşməyə qərar veriblər. Üçlük illər sonra ilk dəfə avqustun 25-də birlikdə çıxış edəcək.

Xatırladaq ki, 1991-ci ildə üç universitet dostu İzel, Çelik və Ercan tərəfindən qurulan qrup “Özledim” albomu ilə qısa zamanda populyarlıq qazanıb.

Albom satış rekordları qırdıqdan sonra trio çoxsaylı konsertlər verib. Onların “Darıxmışam” və “Sən qayıtmalısan” kimi mahnıları hit-paradlarda birinci olub.

Daha sonra qrup üzvləri ayrı-ayrılıqda musiqi karyeralarını davam etdirmək qərarına gəliblər.

İllərdir həmişə pərəstişkarları ilə bir araya gəlmək istəyən İzel Çelik Ercan avqustun 25-də Kuruçeşme Açıq Səhnədə konsertlərinə başlayacaq.

# 2442 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər