Məşhur bəstəkarın “Oskar”a namizədliyi irəli sürüldü

Məşhur bəstəkarın “Oskar”a namizədliyi irəli sürüldü
25 yanvar 2024
# 10:30

İsveç bəstəkarı Lüdviq Yoranssonun “Oskar”a namizədliyi irəli sürülüb.

Kulis.az xəbər verir ki, beş il əvvəl Lüdviq Yoransson “Qara Bəbir” filminə yazdığı orijinal musiqiyə görə ilk “Oskar”ını əldə edib, həmçinin ötən il “Vakanda hər zaman” sekveli üzərindəki işinə görə yenidən bu mükafata namizəd olub.

“İşim elə də asan deyildi. Mən musiqinin köməyi ilə personajın xarakterini və onun emosiyalarını çatdırmalı idim”, – deyə məşhur bəstəkar Amerikanın “Vanity Fair” jurnalına müsahibəsində bildirib.

İsveç-Niderland kinooperatoru Hoyte van Hoytema da “Oppenhaymer” filmi üzərindəki işinə görə “Oskar” almaq şansına malikdir. O, altı il əvvəl Kristofer Nolanın “Dankirk” filmi üzərindəki işinə görə bu mükafata namizəd olub.

Qeyd edək ki, “Oskar” mükafatlarının 96-cı təqdimetmə mərasimi martın 10-da Los-Ancelesin “Dolbi” teatrında keçiriləcək.

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər