Məhkəmə Elif Şafakın romanının plagiat olduğunu təsdiqlədi

Məhkəmə Elif Şafakın romanının plagiat olduğunu təsdiqlədi
26 noyabr 2025
# 10:22

Yazıçı və jurnalist Mine Kırıkkanatın məşhur yazıçı Elif Şafaka qarşı irəli sürdüyü plagiat iddiası üzrə məhkəmə "Bit Palas" romanının Kırıkkanatın "Milçək sarayı" əsərindən plagiat edildiyi qənaətinə gəlib.

Kulis.az xəbər verir ki, Kırıkkanat şikayətində Elif Şafakın 2002-ci ildə dərc edilən "Bit Palas" romanında struktur, hadisə xətti və obrazların onun yazdığı "Milçək sarayı" romanı ilə diqqətəçarpan dərəcədə oxşar olduğunu iddia etmişdi.

Məhkəmənin son qərarında bu oxşarlıqların “plagiat təşkil etdiyi” və ekspertiza rəyləri ilə təsdiqləndiyi bildirilib.

Qərar uzun sürən hüquqi prosedurun ardınca çıxarılıb və tərəflərin irəli sürdüyü bütün materiallar qiymətləndirildikdən sonra Kırıkkanatın lehinə nəticələnib.

Qeyd edək ki, məhkəmənin plagiatın mövcudluğunu təsdiqləməsi ilə Elif Şafak və onun "Bit Palas" romanı yenidən müzakirə mövzusu olub.

# 494 dəfə oxunub

Oxşar xəbərlər

140 illik yubileyə töhfə, “Sənət inciləri” silsilə konsertləri - MEMİM-in illik hesabatı

140 illik yubileyə töhfə, “Sənət inciləri” silsilə konsertləri - MEMİM-in illik hesabatı

14:42 12 yanvar 2026
“Nəsimiiiii, qayıttt...” - Niyə imkan vermirsiniz insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər?

“Nəsimiiiii, qayıttt...” - Niyə imkan vermirsiniz insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər?

14:20 12 yanvar 2026
Amnistiya aktı Ağadadaş Ağayevə də şamil olundu

Amnistiya aktı Ağadadaş Ağayevə də şamil olundu

12:00 12 yanvar 2026
"Farslarla ermənilərin birləşməsi əsla gerçəkləşməyəcək" - Nihal Atsızın İran mətbuatına cavabı

"Farslarla ermənilərin birləşməsi əsla gerçəkləşməyəcək" - Nihal Atsızın İran mətbuatına cavabı

11:10 12 yanvar 2026
Qızıl Qlobusu onlar qazandılar - Siyahı

Qızıl Qlobusu onlar qazandılar - Siyahı

10:37 12 yanvar 2026
“Həyat eşqi”ni yazan yazıçı niyə yaşamaq istəmədi?

“Həyat eşqi”ni yazan yazıçı niyə yaşamaq istəmədi?

10:04 12 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər