"Kurtlar Vadisi"nin aktyoru: "Bir də çəkilsə, oynamaram"

"Kurtlar Vadisi"nin aktyoru:  "Bir də çəkilsə, oynamaram"
28 iyul 2025
# 16:03

“Kurtlar Vadisi” serialında Ömər baba obrazını canlandıran aktyor Emin Olcay serialla bağlı verdiyi açıqlamalarla gündəmə gəlib.

Kulis.az xəbər verir ki, sənətçi yenidən çəkiləcəyi təqdirdə serialda iştirak etməyəcəyini bildirib.

Müsahibəsində o, “Kurtlar Vadisi”nin müəllifləri – Raci və Necati Şaşmaz qardaşları haqqında sərt fikirlər səsləndirib.

Emin Olcayın sözlərinə görə, Şaşmaz qardaşları verdikləri vədlərə əməl etməyən insanlardır:

“Onların əlindən çətinliklə qurtuldum. Öz sözlərində durmayan adamlardır. Bir də çəkilsə, oynamaram”.

Qeyd edək ki, “Kurtlar Vadisi” serialı 2016-cı ildə 10-cu mövsümü ilə ekran həyatını başa vurub. Hazırda serialın yenidən çəkiləcəyi ilə bağlı mətbuatda müxtəlif iddialar səslənir.

# 200 dəfə oxunub

Oxşar xəbərlər

Brilliant Dadaşova  arxiv görüntülərini paylaşdı

Brilliant Dadaşova arxiv görüntülərini paylaşdı

11:34 30 iyul 2025
Yaponiya mədəni irsini 3D skan texnologiyası ilə qoruyacaq

Yaponiya mədəni irsini 3D skan texnologiyası ilə qoruyacaq

11:30 30 iyul 2025
Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

11:30 30 iyul 2025
"Simpsonlar" serialının yaradıcısından  növbəti gələcək proqnozu

"Simpsonlar" serialının yaradıcısından növbəti gələcək proqnozu

11:20 30 iyul 2025
173 avroluq tablo Salvador Dalinin  əsəri imiş...

173 avroluq tablo Salvador Dalinin əsəri imiş...

10:52 30 iyul 2025
Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşdı

Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşdı

10:25 30 iyul 2025
# # #