"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktorunun cəzası azaldılıb

"Gündəlik Bakı"  qəzetinin həbsdə olan baş redaktorunun cəzası azaldılıb
29 iyul 2025
# 18:24

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaəsn Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər