Kinooperator Zaur Məhərrəmov vəfat etdi

Kinooperator Zaur Məhərrəmov vəfat etdi
24 avqust 2025
# 01:00

Görkəmli kinooperator və rejissor, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov 87 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində anadan olub.

Fəaliyyətə 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb.

İnstitutu əla qiymətlərlə bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib.

O, 16 bədii filmin quruluşçu operatoru olub və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb.

Zaur Məhərrəmov "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" kimi məşhur və sevilən bədii filmlərin quruluşçu operatoru idi.

Qeyd edək ki, o, uzun illərdir Türkiyədə yaşayıb fəaliyyət göstərirdi.

# 328 dəfə oxunub

Oxşar xəbərlər

Varis:   "Mən o vaxtdan ədəbiyyatdan pul qazanmağın metodunu bilirəm..." - Videomüsahibə

Varis: "Mən o vaxtdan ədəbiyyatdan pul qazanmağın metodunu bilirəm..." - Videomüsahibə

15:36 23 avqust 2025
İzmir Arxeologiya Muzeyinin eksponatları  sərgilənir - 45 ildən sonra

İzmir Arxeologiya Muzeyinin eksponatları sərgilənir - 45 ildən sonra

15:12 23 avqust 2025
Tanınmış basketbolçu haqqında sənədli film çəkilir

Tanınmış basketbolçu haqqında sənədli film çəkilir

15:01 23 avqust 2025
Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar  abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

14:30 23 avqust 2025
Məşhur "Hörümçək Adam" kostyumu hərraca çıxarılacaq

Məşhur "Hörümçək Adam" kostyumu hərraca çıxarılacaq

13:40 23 avqust 2025
Daim dünyanın diqqət mərkəzində olan Misir piramidaları

Daim dünyanın diqqət mərkəzində olan Misir piramidaları

13:28 23 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər