Kino Agentliyində görüş keçirildi

Kino Agentliyində görüş keçirildi
8 fevral 2024
# 14:30

Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun sədrliyi ilə 2023-cü ildə keçirilmiş Film layihələri müsabiqəsinin qalib kino şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, qalib şirkətlərlə yeni hədəflərin müəyyən olunması, dövlət sifarişi ilə filmlərin istehsalı, Kino Agentliyi və həmin şirkətlərlə istehsal prosesinin hüquqi tənzimlənməsi yolları müzakirə edilib.

Kinoşünasların, kino tənqidçilərinin proseslərə cəlb olunması məqsədi ilə Kino Agentliyi nəzdində Analitik Təhlil Mərkəzinin yaradılması qərara alınıb. Mövcud vəziyyətin Agentliyin saytında, sosial şəbəkə hesablarında, həmçinin, elektron kinojurnallarda analizi, təhlili və onların yayımlanmasının vacibliyi vurğulanıb. Bədii şuranın üzvü, kinorejissor Elxan Cəfərov, kino tənqidçiləri Nadir Bədəlov və Nəriman Əbdülrəhmanlı, yazıçılar Varis Yolçuyev və Şərif Ağayar təkliflərlə çıxış ediblər.

Sonda qalib şirkətlərlə istehsal proseslərinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

# 1657 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər