Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Kino Agentliyi (ARKA), Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə İstanbulda “Azərbaycan Kinosu Günləri” keçirilib.
Kulis.az xəbər verir ki, mayın 12-dən davam edən layihə çərçivəsində Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə son illərdə istehsal olunan filmlər nümayiş etdirilib.
AMM-in direktoru Samir Abbasovun sözlərinə görə, layihə üzrə Bahçeşehir Universiteti, İstanbul Universiteti və "Atlas" kinoteatrında müvafiq olaraq Elxan Cəfərovun “Cənnət yuxusu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri türkiyəli kinosevərlərə təqdim olunub.
- Əməkdar artist vəfat etdi
- İlham Əsgərov: "Dünyanın ən böyük teatrları ilə əməkdaşlıq edəcəyik"
- Fərariliyə görə həbs olunan, ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?
Qardaş ölkənin tanınmış kino xadimlərinin də izlədiyi hər üç film maraqla qarşılanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə görüşü olub, əməkdaşlıq barədə müzakirələr aparılıb.