İstanbulda Azərbaycanın qədimi saray xalılarının sərgisi açıldı

İstanbulda Azərbaycanın qədimi saray xalılarının  sərgisi açıldı
18 fevral 2026
# 12:30

Türkiyənin İstanbul şəhərinin Türk və İslam Əsərləri Muzeyində Azərbaycanın XVII-XVIII əsrlərə aid saray xalçalarının sərgisi açılıb.

Kulis.az xarici mediaya xəbər verir ki, “Təsəvvüfdən biçimə: Toxuma sənətində müqəddəs həndəsə” mövzusunda açılan sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin şəxsi kolleksiyasından 18 unikal xalça və bədii tikmə nümayiş olunur.

Sənət əsərləri sırasında dünyada məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları da yer alır.

Sərginin açılış mərasimində Türkiyənin dövlət rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Əmir Oskouei və sənətsevərlər iştirak ediblər.

Mərasimdə çıxış edənlər Azərbaycan-Türkiyə birliyi, Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər, sülh sazişinə gedən yol haqqında danışıb, bu kimi tədbirlərin Azərbaycan mədəniyyətinin daha geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.

Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgi 2026-cı il martın 25-dək davam edəcək.

# 1164 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər