Kulis.az gənc yaşda vəfat etmiş müəllifləri təqdim edir.
Con Kits
Yaşadığı müddət ərzində şeirləri əksər tənqidçilər tərəfindən müsbət qarşılanmasa da, ölümündən sonra şöhrət qazanıb və 19-cu əsrin sonuna qədər ən çox sevilən ingilis şairlərindən birinə çevrilib.
O, eyni zamanda, bir çox şair və yazıçıya güclü təsir göstərib. Görkəmli yazıçı Xorxe Luis Borxes Con Kitsin yaradıcığı ilə tanışlığın həyatı boyu yaşadığı ən möhtəşəm təcrübə olduğunu qeyd edib.
Ən çox sevilən əsərləri "Bülbülə oda", "Yuxu və poeziya" və "Çapmenin Homerinə ilk baxış haqda"dır.
O, 25 yaşında vərəmdən vəfat edib.
Emili Bronte
Emili 1818-ci ildə İngiltərənin Tornton şəhərində anadan olub. 6 uşağın 5-cisi olan Emili məşhur yazıçı Şarlotta Brontenin kiçik bacısı idi.
1847-ci ildə tək romanı olan "Tufanlı yoxuşlar" yayımlanıb. Bu roman üç cildlik bir seriyanın ilk iki cildini təşkil edirdi. Son cild bacısı Enn tərəfindən yazılan "Aqnes Qrey" adlı romandır.
Bacıları kimi Emilinin sağlamlığı da evdəki və məktəbdəki çətin vəziyyət səbəbiylə pisləşib. Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olub və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 dekabr 1848-ci ildə 30 yaşında vəfat edib və Qərbi Yorkşir bölgəsində dəfn edilib.
Edqar Allan Po
Po Amerika ədəbiyyatında Romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur/
O həmçinin elmi-fantastik janra da töhfələr verib. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olub. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilib.
O, 40 yaşında vəfat edib.
Anton Çexov
Çexov ən böyük rus yazıçılarından biri hesab olunur. Çexov Henrik İbsen və Avqust Strindberqlə birlikdə teatrda erkən modernizmin yaranmasında rolu olan üç yaradıcı şəxsdən biri kimi xatırlanır.
Çexov 1896-cı ildə "Qağayı" tamaşasından sonra teatrı tərk edib, lakin tamaşa 1898-ci ildə Konstantin Stanislavskinin Moskva İncəsənət Teatrı tərəfindən yenidən səhnələşdirilib.
1904-cü ilin mayında vərəm xəstəliyinə yoluxmuş Çexovun vəziyyəti ağırlaşıb. İyunun 3-də Olqa ilə birlikdə Almaniyanın Badenveiler şəhərinə getmək üçün yola düşüb, burada bacısı Maşaya məktublar yazıb, məktublardakı yeməklər barədə məlumat verib. Son məktubunda Almaniyada qadınların geyimindən şikayətlənib. 1904-cü ildə 44 yaşında vəfat edən böyük yazıçı atasının yanında - Novodeviçi qəbiristanlığında dəfn olunub.
Frensis Skot Fitscerald
Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya gəlib.
İlk romanı "Cənnətin bu tayı"nı 1920-ci ildə yazıb.
Ən məşhur əsəri isə "Möhtəşəm Qetsbi"dir. Roman amerika modernizminin ən uğurlu nümunələrindən sayılır.
1950 ci ildə Ernest Heminqueyin "Həmişə səninlə olan bayram" avtobioqrafik kitabının əksər səhifələri Frensis Skott Fitsceralda həsr olunub.
O, 44 yaşında ürək tutmasından Hollivudda vəfat edib. 1948 ci ildə Haylend xəstəxanasında baş verən yanğın nəticəsində isə həyat yoldaşı Zelda Fitscerald həlak olub.
Artur Rembo
Rembo simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biridir.
O, 20 oktyabr 1854-cü ildə Fransanın şimalındakı Ardennes bölgəsində yerləşən Şarlevil Mezyer qəsəbəsində, Burbon küçəsi 73 ünvanında doğulub.
16 yaşı olanda Rembo şeirlərini romantik şair Teodor de Banvilə göndərib. O, ilahi gözəlliyin axtarışı üçün şairlər səltənəti olan Parnasa qoşulmaq istəyini deyib..
Artur cəmi 37 il yaşayıb. Qısa həyatının çox hissəsini, kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtaliyaya, Almaniyaya, Belçikaya səyahət edib, qarlı Alp dağlarını piyada aşıb.
Tomas Çatterton
"Çattertonun ölümü", 1856, Henri Uollis
O, 15-ci əsrə aid uydurma rahib Tomas Rauli adından orta əsrlər ingilis dilində balladalar (“Mərhəmət haqqında gözəl ballada”), poemalar (“Turnir”, “Kabuslar parlamenti”, “Hastinqs yaxınlığında döyüş”), ekloqalar, satiralar, apokrifik bioqrafiyalar və traktatlar (“İngiltərədə boyakarlığın yüksəlişi”) yazıb.
Dram əsərlərinin (“İyela” faciəvi interlüdiyası, “Qisas” burleski 1770-ci ildə tamaşaya qoyulub),öz dövrünün poeziyası ruhunda şeirlər və stlizasiyaların, siyasi məqalələrin müəllifidir. 1770-ci ilin aprelində X. Uolpolun onun mistifikasiyalarını ifşa etməsi gənc şairi intihara təhrik edib 17 yaşında zəhərlənmədən vəfat edən Çattertonun bütün yazdıqları ölümündən sonra nəşr edilib.
Persi Biş Şelli
Şelli romantizm dövrünün ən böyük şairlərindəndir.
1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə universitetdən qovulub. Atası tərəfindən də rədd edildikdən sonra Londona gedib. Orada Harriet Vestbruk adlı bir qadınla evlənib.
1822-ci ildə boğularaq ölüb və İtaliyada çimərlikdə dəfn mərasimində yandırılıb.
Mərasim zamanı lord Bayron dostunun kəllə sümüyünü suvenir kimi saxlamaq istəyib, lakin ailə dostu Edvard Trelauni buna icazə verməyib. Ancaq mərasim zamanı ailə dostu Trelavni şairin ürəyini oddan qoruyub və onu Persinin dul arvadı Meri Şelliyə verdi . Nəhayət, ürək onların oğlu Ser Persi Florens Şelli öləndə dəfn edilib. Onun məzarının üzərində latın dilində "Cor Cordium" (“Ürəklərin ürəyi”) yazısı var.