“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazandı

“İkinci planetin qırmızı rəngi”  filmi beynəlxalq festivallarda uğur qazandı
28 oktyabr 2024
# 18:08

Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Böyük Qayıdış” pitçinq müsabiqəsi çərçivəsində 2022-ci ildə "Mozalan" studiyasında istehsal olunan “İkinci planetin qırmızı rəngi” (rejissoru və ssenari müəllifi Azər Quliyev) qısametrajlı bədii filmi bu il bir sıra beynəlxalq festivallarda nümayiş olunub, uğur qazanıb.

Kulis.az xəbər verir ki, ekran işinin ilk xarici premyerası bu ilin 6-10 mart tarixlərində Finlandiyada keçirilən “Tampere International Film Festival”da gerçəkləşib. Festivalın xüsusi olaraq hazırlanan “Cənubi Qafqaz” proqramı çərçivəsində nümayiş etdirilən film maraqla qarşılanıb.

Film 8-14 aprel tarixlərində ABŞ-də təşkil olunan “Athens International Film Festival”da, 2-6 sentyabrda Gürcüstanın Telavi şəhərində keçirilən “Golden Grape - Telavi International Short Film Festival”da (əsas müsabiqə proqramı) nümayiş olunub.

“İkinci planetin qırmızı rəngi” filmi bu il ilk dəfə “Baku Cinema Breeze” Beynəlxalq Festivalının çətiri altında təşkil olunan XV Bakı Beynəlxalq Film Festivalında (4-8 oktyabr) “Ən yaxşı rejissor işinə görə” müsabiqənin əsas mükafatı olan “Qızıl nar”a layiq görülüb.

Ekran işinin hələlik sonuncu uğur sorağı Sankt-Peterburqdan gəlib. 18-27 oktyabr tarixlərində Rusiyanın şimal paytaxtında gerçəkləşən 34-cü “Bəşəriyyətə İsmarıc” beynəlxalq film festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında mükafat qazanıb.

Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyasının ko-prodüser dəstəyi göstərdiyi filmin baş prodüseri Əli Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalova, icraçı prodüseri Mehman Fətullayevdir. Əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə və Əli Nəsib çıxış ediblər.

Film 44 günlük Vətən müharibəsi fonunda baş verən hadisələri və şəxsi həyatında çətinliklərlə üzləşən Musa adlı gəncin həyatını əks etdirir. Musa keçmişi və iztirabları ilə mübarizə apararkən şəxsi azadlığı və daxili səsi ilə qarşılaşır. Bu sirli vəhdət onun üçün yeni bir başlanğıc yaradır...

# 82 dəfə oxunub

Oxşar xəbərlər

Lənkəran Teatrı iki tamaşa ilə paytaxta qastrola gəlir

Lənkəran Teatrı iki tamaşa ilə paytaxta qastrola gəlir

16:34 28 oktyabr 2024
Oktyabrın 28-İ Beynəlxalq Animasiya Günüdür

Oktyabrın 28-İ Beynəlxalq Animasiya Günüdür

16:15 28 oktyabr 2024
Təcavüzdə ittiham olunan Jerar Depardyedən yeni xəbər

Təcavüzdə ittiham olunan Jerar Depardyedən yeni xəbər

15:23 28 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Vüqar Camalzadə "Üzbəüz" layihəsinin qonağı olub

Vüqar Camalzadə "Üzbəüz" layihəsinin qonağı olub

13:44 28 oktyabr 2024
XIX Bakı Caz Festivalı başa çatdı

XIX Bakı Caz Festivalı başa çatdı

13:42 28 oktyabr 2024
#
#
# # #