ICESCO Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü keçirilib

ICESCO Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü keçirilib
19 yanvar 2024
# 10:14

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib.

Kulis.az xəbər verir ki, “ICESCO-da İnnovasiya” mövzusuna həsr olunan Məşvərət görüşündə 3 fəaliyyət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir mübadiləsi aparılıb, yaradıcı ideyalar irəli sürülüb. Bildirilib ki, iclasın nəticələri təşkilatın qarşıdakı illər üçün fəaliyyət planlarının, xüsusilə etik liderlik, insan resurslarına sərmayə, idarəetmə və innovasiya mədəniyyəti ilə bağlı fəaliyyət planlarının hazırlanması üçün əsas rol oynayacaq, üzv ölkələr arasında əməkdaşlığın təşviq edilməsinə imkan yaradacaq.

“ICESCO-nun gələcəyini bizimlə formalaşdırın” mövzusunda keçirilən ilk tədbir iştirakçılar üçün etik liderlik, insan resurslarına investisiya, innovasiya mədəniyyəti və ağıllı xidmətlər üzrə innovativ təşəbbüslərin ideya və təkliflərini təqdim etmək imkanı olub.

“ICESCO strategiyasında innovasiya” adlanan ikinci tədbir ideyalar, məlumat mübadiləsi, potensialın yaradılması və siyasətin formalaşmasında əməkdaşlığın genişləndirilməsi üzrə təşəbbüslər üçün ideyaların yaradılmasına həsr olunub.

Üçüncü fəaliyyət isə üzv dövlətlərin ev sahibliyi edəcəyi əsas qlobal tədbirləri, xüsusən də “Riyad Expo – 2030”, UNESCO-nun Özbəkistandakı Baş Konfransı, Azərbaycanda COP29-u əhatə edib.

Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib, COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.

Məşvərət görüşü işini müzakirə sessiyası ilə yekunlaşdırıb.

İcraiyyə Şurasının iclasında təşkilatın 2023-cü ildə fəaliyyətinə, 2022-ci il üzrə maliyyəyə və üzv ölkələr tərəfindən ICESCO-ya edilən maliyyə töhfələrinə dair hesabatlar dinlənilib, İslam Dünyasının Süni İntellekt üzrə Nizamnaməsi, təşkilatın kadrlar və maliyyə qaydaları sənədi, İcraiyyə Şurasının 45-ci sessiyasının keçiriləcəyi yerlə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib. Təşkilatın 2024–2025-ci illər üzrə Fəaliyyət Planı və büdcəsi təsdiqlənib.

Azərbaycan nümayəndəsi çıxışında tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanına, Krallığın Mədəniyyət Nazirliyinə və ICESCO-ya təşəkkürünü bildirib.

Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO-ya və üzv ölkələrə minnətdarlıq bildirilib, onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunub.

Bununla yanaşı, qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mərasiminin keçiriləcəyi də diqqətə çatdırılıb.

2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduqları 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) keçiriləcəyi qeyd edilib, təşkilat və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyəti vurğulanıb.

# 1101 dəfə oxunub

Oxşar xəbərlər

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

22:30 18 iyul 2025
"Nə oldu, Paşinyan?"ı oxuyan müğənni həbs olundu - Səbəb

"Nə oldu, Paşinyan?"ı oxuyan müğənni həbs olundu - Səbəb

18:52 18 iyul 2025
"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi

"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi

18:20 18 iyul 2025
Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

17:26 18 iyul 2025
"Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq..." - Metroda baş verən hadisə

"Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq..." - Metroda baş verən hadisə

14:45 18 iyul 2025
Rayan Qoslinq və Uil Ferrel  tərəf müqabili olacaqlar

Rayan Qoslinq və Uil Ferrel tərəf müqabili olacaqlar

14:43 18 iyul 2025
# # #