Heydər Əliyev Mərkəzində qala-konsert keçirildi - Video

Heydər Əliyev Mərkəzində qala-konsert keçirildi - Video
26 may 2023
# 13:00

Mayın 25-də Heydər Əliyev Mərkəzində qala-konsert olub.

Kulis.az APA-ya istinad'n xəbər verir ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.

Mərkəzin Auditorium zalının səhnəsində bayram əhvallı konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın Xalq artistləri Dinarə Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor) və İtaliyanın opera ifaçısı Ambrogio Maestri (bariton) çıxış ediblər.

İki hissədən ibarət qala-konsertin dirijorları Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov, yerli və beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarov olub.

Klassik musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tamaşaçılar Üzeyir Hacıbəyli, Cakomo Puççini, Cuzeppe Verdi, Fikrət Əmirov, Françesko Cilea, Niyazi, Pyetro Maskanyi, Sergey Raxmaninov, Umberto Giordanonun bəstələrini dinləyiblər.

“1001 gecə” baletindən introduksiya və bayram rəqsi ilə başlayan konsert “Sevil” operasından Balaşın ariyası, “Don Karlos” operasından Rodriqonun ariyası, “Toska” operasından ariya, “Otello” operasından Yaqonun ariyası və digər məşhur əsərlərlə davam edib. Konsert Dinarə Əliyeva, Yusif Eyvazov və Ambrogio Maestrinin “Trubadur” operasından birgə ariya ifaları ilə başa çatıb.

Bakıda olmaqdan məmnunluğunu bildirən İtaliyanın opera ifaçısı Ambrogio Maestri şəhərimizin gözəlliyinə vurğunluğunu gizlətməyib. O, Xalq artisti Yusif Eyvazovun ən yaxşı tenorlardan biri olduğunu xüsusilə qeyd edib və onunla bir səhnədə ifa etməkdən zövq aldığını bildirib.

Xalq artisti Yusif Eyvazov isə sənət dostları ilə birgə belə möhtəşəm Mərkəzdə eyni səhnəni bölüşməyin onun üçün çox xoş olduğunu dilə gətirib: "Uzun illərdir ki, Ambrogio Maestri ilə Avropa və Amerika səhnələrində birgə çıxış edirik. Azərbaycanın Xalq artisti, opera müğənnisi, Rusiya Böyük Teatrının solisti Dinarə Əliyeva ilə bir çox tamaşalarda duet oxumuşuq. Belə təntənəli ildə - "Heydər Əliyev İli"ndə konsert proqramı ilə çıxış etmək bizim üçün böyük şərəfdir".

Xalq artisti Dinarə Əliyeva yenidən doğma Bakıda olmaqdan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev İli”ndə konsertdə iştirak etməkdən məmnunluq duyduğunu deyib: "Ulu Öndər Heydər Əliyevə ehtiramımız böyükdür. Odur ki, konsertə böyük məsuliyyətlə hazırlaşmışdıq. Konsert proqramına Azərbaycanın və İtaliyanın ən tanınmış bəstəkarlarının əsərləri daxil edilmişdi. Ümidvaram ki, tamaşaçılar bizdən razı qaldılar".

# 1568 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər