Xalq artistinin adından istifadə edib 871 nəfərdən pul aldılar

Xalq artistinin adından istifadə edib 871 nəfərdən pul aldılar
4 dekabr 2024
# 11:48

“Devin Medya Akademi”nin fırıldaqçılıq etməsi ilə bağlı iddialar yayılıb.

Kulis.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Devin Medya Akademi” film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elan paylaşıb. Bu elanı görüb müraciət edən şəxslərdən vatsap qrupuna əlavə olunmaları üçün 20 manat tələb olunub. Sonrakı prosesdə isə 3 aylıq kurs üçün 600 manat ödənilməsi tələbi irəli sürülüb.

Şikayətçi olan şəxslər qrupda 871 nəfərin olduğunu qeyd edirlər. 871 nəfərin hər birindən qrupa əlavə edilməsi üçün 20 manat pul alınıb.

Qeyd edək ki, “Devin Medya Akademi”nin yaydığı elanda Həmidə Ömərova, Pərviz Malik kimi ustadların dərs verəcəyi bildirilib.

Həmidə Ömərovanın sözlərinə görə, yayda bir oğlan onunla əlaqə saxlayıb. Deyib ki, belə bir kurs açılır və onu orda dərs deməyə dəvət ediblər. O da bildirib ki, çəkilişləri olduğu üçün vaxtı yoxdur. Təkliflərini qəbul etməyib. O zamandan bəri isə onlarla əlaqə saxlamayıb. Əvvəlcədən kimlərdənsə pul alınması barədə məlumatı yoxdur.

# 1657 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

16:00 6 iyun 2025
Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

14:15 6 iyun 2025
Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

13:00 6 iyun 2025
“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

12:30 6 iyun 2025
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

11:23 6 iyun 2025
Mən o kişini sevirəm - Günün şeiri

Mən o kişini sevirəm - Günün şeiri

11:00 6 iyun 2025
#
#
# # #