Haqqında edam hökmü çıxarıldı, birinci katib ona torpaq sahəsi bağışladı, qızına qadağalar qoyuldu - Rübabə Muradovanın atası kim idi?

Haqqında edam hökmü çıxarıldı, birinci katib ona torpaq sahəsi bağışladı, qızına qadağalar qoyuldu - Rübabə Muradovanın atası kim idi?
28 iyun 2023
# 15:00

Kulis.az Feyruz Muradovun Xalq artisti Rübabə Muradovanın atası haqqında yazısını təqdim edir.

Mən Mirzə Xəlilin qızı Ruhəngiz Muradovanın oğluyam. Anam ailə albomunda atasının şəkillərini qoruyub saxlayır. Hərdən onun haqqında danışır.

Mirzə Xəlil İşraği 1896-cı ildə Lənkəranın Hacılı qəsəbəsində anadan olub. Atası Hacı Murad fermer idi. İmkanlı şəxs olub. Çünki Mirzə Xəlili qəsəbədəki mədrəsədə fars dilində təhsil alandan sonra, oxumaq üçün Lənkəran şəhərinə göndərib. O, oğlunu nüfuzlu ruhani görmək istəyirdi. Mirzə Xəlilin dərslərini yaxşı oxuması Hacı Muradı ruhlandırırdı. Onun yüksək təhsil alması üçün heç nəyi əsirgəmirdi.

Atasının məsləhəti ilə Mirzə Xəlil 1914-cü ildə Bakıya yollanır. Təzə Pir məscidindəki mədrəsədə təhsilini davam etdirir və 1917-ci ildə mədrəsini uğurla bitirir. Mədrəsədə dərs deyən din xadimləri Mirzə Xəlilin yüksək zehni qabiliyətindən dolayı atası Hacı Murada məsləhət görürlər ki, onu ali dini təhsil almaq üçün Tehrana göndərsin. Hacı Murad razılaşır. Elə həmin il Mirzə Xəlil Tehrana yola düşür və onun həyatında yeni mərhələ başlayır.

O, fars, ərəb dillərində mükəmməl danışa, yaza bilirdi. Ali dini təhsildən sonra Xorasan şəhərində tibbi təhsil də alır.

Atasına maddi yük düşməsin deyə, Mirzə Xəlil Tehran məscidlərindən birində axund kimi fəaliyyətə başlayır. 1928-ci ildə Ərdəbil şəhərinə gəlir və Siddiqə Hacı Qafar qızı ilə ailə həyatı qurur.

Həyatının ən xoş günlərini də elə Ərdəbildəki evində, Siddiqə xanımla yaşayıb. 1930-cu ilin mart ayında ilk övladı Rübabə dünyaya gəlir.

Xatırladım ki, Mirzə Xəlilin ailə qurduğu Siddiqə yaşca ondan xeyli kiçik idi. Onun 33, Siddiqənin 16 yaşı vardı. Siddiqə Mirzə Xəlilə atası Hacı Qafarın tövsiyəsilə ərə getmişdi. Hacı Qafar Mirzə Xəlili yaxşı tanıyırdı, onun Ərdəbildə tanınmış, nüfüzlu bir adam olduğunu bilirdi. Odur ki, qızının ona ərə getməsini məsləhət bilmişdi. Zaman göstərdi ki, o yanılmayıb.

Mirzə Xəlil dini fəaliyyətlə yanaşı, həm də həkim kimi işləyirdi. Maddi baxımdan ailənin problemi yox idi. Əbəs deyil ki, Rübabə xanım illər sonra Ərdəbildəki evlərini, həyətlərini, oradakı xoşbəxt uşaqlıq və gənclik günlərini həsrətlə xatırlayırdı.

Rübabədən sonra 1933-cü ildə Ənvər, 1942-cvi ildə Ruhəngiz, 1944-cü ildə Mahrux, 1946-cı ildə isə Əşrəf dünyaya gəlir. Siddiqə xanım həmişə kiçik oğlu Əşrəfi xatırlayanda gileylənirdi:

- Yaxşı yaşayırdıq. Əşrəf doğular-doğulmaz dünya qarışdı. Hər şey alt-üst oldu.

Məhz həmin ilin dekabr ayında yurd-yuvalarından didərgin düdülər; siyasi mühacir kimi Şimali Azərbaycana gəlməyə məcbur olublar... Hərçənd, Əşrəfin bu məsələyə heç bir aidiyyatı yox idi, - Siddiqə xanım ürək ağrısını belə ifadə edirdi. Amma mühacirətin əsas səbəbi onun həyat yoldaşı Mirzə Xəlilin siyasi fəaliyyətə qoşulması idi.

Stalin qələbədən sonra İranda müstəqil Azərbaycan dövləti qurmaq fikrinə düşmüşdü. Bu səbəblə azərbaycanlıların milli azadlıq hərakatının alovlanmasına rəvac verdi və beləcə Pişəvərinin başçılığı ilə azərbaycanlıların azadlıq hərakatı başladı. Təbriz şəhərində Azərbaycan Demokratik Firqəsi yaradıldı. Mirzə Xəlil bu hərakatın əsas təşkilatçılarından, Demokratik Firqənin Ərdəbil şəhər filialının yardıcılarından idi. O, Fiirqənin Ərdəbil şəhər şöbəsinə sədr müavini seçilmişdi. Demokratik hərəkat qələbə çalandan sonra, 1945-ci ilin dekabr ayında Təbriz şəhərində ilk qurultay keçirildi. Onları qarşıda azad həyat gözləyirdi.

Lakin siyasi proseslər başqa istiqamətə yönəldi. Beynəlxalq qüvvələrin təsiri nəticəsində sovet qoşunları İranı tərk etdi. Şah rejimi İranda yenidən hakimiyyətə gəldi. Bundan sorra azadlıq hərakatının iştirakçılarının təqib olunması başlandı. Mirzə Xəlil həbs olundu. Bir müddət sonra şah Rza şah siyasi məhbuslara azadlıq verdi. Amma bu xarici qüvvələr üçün yetrəli deyildi. Onlar şah rejimi ilə inqılabçılar arsında təxribata əl atdılar. Təxribata uyan şah rejimi yenidən həbslərə və edamlara başladı. Bunu görən Mirzə Xəlil 7 nəfərdən ibarət ailəsilə İranı tərk etdi. Onlar 1946-cı ilin soyuq dekabr ayında Araz çayını keçərək Şimali Azırbaycana üz tutdular. Burada onları yeni mühit , yeni həyat gözləyirdi.

Ailə bir il Cəlilabad rayonunda yaşayır, 1948-ci ilin əvvəllərində isə Salyan rayonuna köçüblər. Az sonra Mirzə Xəlil Səlyan xəstəxansında göz həkimi kimi fəaliyyətə başlayıb. O illər Azərbaycanda dini qadağalar güclü idi. Bu səbəbdən Mirzə Xəlil yeni mühitdə özünü rahat hiss edə bilmirdi. İranda dinə münasibət başqa idi, burada, sovet dövlətində isə dinə qarşı sərt mövqe hökm sürürdü. Lakin xalq gizli də olsa dini ayinlərə əməl edir, yüksək dini təhsil almış Mirzə Xəlilə layiqi hörmət göstərirdi.

Salyan rayonunda Mirzə Xəlilin daha iki övladı dünyaya gəlib. 1948-ci ildə Tahirə, 1953-cü ildə isə sonbeşiyi Pərvin.

Mirzə Xəlil artıq tanınmağa başlamışdı. Onu dərin savadına görə sevir və hörmət göstərirdilər. O bu ərazidə yeganə adam idi ki, ərəb dilində quran oxuyurdu. Üstəlik, yaxşı avazı vardı. Hamı onun olduğu məclislərə can atırdı. Onun bənzərsiz söhbətlərini dinləməkdən doymurdular.

1957-ci ildə bir məclisdə (o vaxtkı) Əli Bayramlı rayonunun birinci katibi Əli Səfərov Mirzə Xəlillə tanış olur. Onun dərin biliyinə heyran olur. Məclisdən sonra ona yaxınlaşır və onun Əli Bayramlıya gəlməsini təklif edir. Bildirir ki, Əli Bayramlıda ona hər cür köməklik edəcək. Ona ev almağa yardımçı olacaq.

(Mirzə Xəlil (ortada) 1960-cı iilərin ağsaqqalları ilə).

Mirzə Xəlil onu təklifini qəbul edir. Elə həmin il Əli Bayramlıya gəlir. Birinci katib vədinə sadiq qalır. Mirzə Xəlil torpaq sahəsi alır, ev tikir və 1967-ci iləcən Əli Bayramlıda axundluq edir. Əli Səfərov işdən çıxır, ancaq, ondan sonra vəzifəyə gələn Məmməd Məmmədov da, Bilal Kərimov da Mirzə Xəlilə böyük hörmət göstərirlər.

O, Ərdəbildəki evi, həyəti kimi Əli Bayramlıda da ev, həyət qurur. Böyük oğlu Ənvəri evləndirir. Ona torpaq alır. Ənvər ticarətlə məşğul olmağa başlayır. Kiçik oğlu Əşrəf Unversitetin tarix fakultəsini bitirir və tarix müəllimi işləyir. Böyük qızı Rübabə Xalq artisti adına layiq görülür, ancaq mühacir olduğuna görə onu qastrol səfərlərinə aparmırlar. Əgər qadağalar olmasaydı, Rübabə bəlkə də, dünya şöhrətli müğənni olacaqdı.

Mirzə Xəlil 1967-ci ildə Əli Bayramlıda dünyasını dəyişib və orada da dəfn olunub. O, keşməkeşli həyatının son on ilini Əli Bayramlıda yaşayıb. Yaşlılardan eşitdiyimə görə, onun dəfni izdihamlı keçib. Dəfn mərasimində şəhərin bütün tanınmış adamları iştirak ediblər. Məclisə gələn birinci katib Bilal Kərimov göstəriş verib ki, onun yaşadığı küçəyə təcili asfalt çəkilsin və küçə dərhal işıqlandırılsın.

(Mirzə Xəlilin Şirvandakı məzarı).

# 4341 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #