Güneyli rejissorun filminə görə İranla Fransa arasında gərginlik

Güneyli rejissorun filminə görə İranla Fransa arasında gərginlik
26 may 2025
# 14:30

Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalında "Qızıl palma budağı" mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Jan-Noel Barronun sözügedən filmlə bağlı söylədiyi fikirlərə etiraz edib.

Barro rejissorun qələbəsini “İran rejiminin repressiyalarına müqavimət jesti” adlandırıb.

Belə ki, Pənahi “Sadə bir qəza” filmini İranda qeyri-qanuni çəkib, hakimiyyətdən icazə almayıb. O, 2023-cü ildə İran həbsxanasından çıxdıqdan sonra filmi Kannda şəxsən təqdim edib.

Nazirin açıqlaması Tehranın kəskin reaksiyasına səbəb olub. İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Tənhai bu cür şərhlərin "mədəni dialoqa mane olduğunu və ikitərəfli münasibətlərə zərər verdiyini" və fransız nazirin sözlərini “alçaldıcı” və “əsassız” hesab edib.

Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq sözügedən festivalda iştirak edib və əsas mükafatı qazanıb.

Film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.

Cəfər Pənahi İranda dəfələrlə həbs olunub. Onun film çəkməsinə qadağa belə qoyulub. Axşam.az

# 1435 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər