Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasını ziyarət etdi

Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasını ziyarət etdi
10 may 2023
# 17:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu iştirak edib. Görüş zamanı türk xalqlarının qədim və zəngin tarixi-mədəni irsinin qorunması və təbliği istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Türk Akademiyasının qarşılıqlı fəaliyyətlərinin əhəmiyyətindən söz açılıb.

İki qardaş türk təşkilatının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın Qazaxıstanda uğurla keçirilməsinin ölkə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına töhfə kimi vurğulanıb. Fond ilə Akademiyanın iş birliyi ilə “Manas” kitabının nəşr edilməsi ümumtürk dastançılıq ənənələrinin yaşadılması və müasir dövrdə daha anlaşıqlı dildə çatdırılması yönündə önəmli layihə kimi qiymətləndirilib.

Görüşdə Fond ilə Akademiya arasında yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihələrin perpektivləri müzakirə olunub.

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

19:30 11 aprel 2026
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

15:50 11 aprel 2026
Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

15:30 11 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Parisdə  Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

14:30 11 aprel 2026
Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər