Güclülərdən heç nə istəməyin - Mixail Bulqakovdan aforizmlər

Güclülərdən heç nə istəməyin - Mixail Bulqakovdan aforizmlər
15 may 2023
# 21:00

Kulis.az rus yazıçısı, dramaturq Mixail Bulqakovun məşhur aforizmlərini təqdim edir.

“Əlyazmalar yanmır”.

“Sənəd yoxdursa, insan da yoxdur”.

“Yalnız heç hara tələsməyənlər hər yerə çatır”.

“Məni sındırdılar, darıxıram, zirzəmidə yaşamaq istəyirəm”.

“Moskvada yalnız yüz minləri və milyonları sayırlar”.

“Mən aşağıda oturmağı xoşlayıram – buradan yıxılmaq elə də təhlükəli deyil”.

“Mən mənzilə görə nəinki MXAT-a, hətta şeytanın özünə də satılmağa hazıram”.

“Əgər şər olmasaydı, sənin xeyirin nə edərdi?”

“Xoşbəxtlik sağlamlıq kimidir – yerində olanda sezə bilmirsən”.

“Kərpic durub-durduğu yerdə heç kimin başına düşməz”.

“Tenor elə oxuyur ki, dərhal bufetə getmək istəyirsən”.

“Yaza bilməmək mənim üçün diri-diri basdırılmaq kimi bir şeydir”.

“Ağıllı insanlar ona görə ağıllıdırlar ki, dolaşıq işlərdən baş aça bilirlər”.

“Özünün dəhşətli dərəcədə acizliyini dərk etsən də, gərək bunu gizli saxlayasan”.

“Nə qədər ki siyasət mədəniyyətə qarşı müxalifətdədir, yazıçı da siyasətə qarşı müxalifətdə olacaq”.

“İçində yığılanların hamısını püskürüb sakitləşməyənəcən kütləni heç nəylə susdurmaq mümkün deyil”.

“Şərabdan, oyunlardan, gözəl qadınlardan, məclislərdən qaçan kişilərin canında nəsə xoş olmayan bir şey var. Belə insanlar ya ağır xəstəliyə mübtəladırlar, ya da ətraflarındakılara nifrət bəsləyirlər. Əlbəttə ki, aralarında istisnalar da var”.

“Hansı hakimiyyətdə mövcud olmasından asılı olmayaraq senzurayla mübarizə, mətbuat azadlığını dəstəkləmək mənim bir yazıçı kimi borcumdur. Mən bu azadlığın qatı tərəfdarıyam və fikrimcə, bunun əksini sübut etmək istəyən yazıçı, suyun ona lazım olmadığını deyən balığa bənzəyər”.

“SSRİ-də – Rusiya söz sənətinin ucsuz-bucaqsız çöllüklərində mən yeganə canavar idim. Məsləhət gördülər ki, dərimi rəngləyim. Səfeh məsləhətdir. Dərisi rənglənsə də, tükləri qırxılsa da, canavar canavardır, it deyil”.

“Bəli, insan öləridir, amma bu hələ dərdin yarısıdır. Pis olan odur ki, bəzən insan gözlənilmədən ölür”.

“Hesab edirəm ki, heç bir təhsil müəssisəsi ziyalı yetişdirə bilməz”.

“Göz insan üçün çox əhəmiyyətlidir – sanki barometrdir”.

“Sürprizsiz insan daxilən maraqsızdır”.

“İkinci bahar boş şeydir! Təzəlik yalnız bir dəfə olur – birinci, həm də sonuncudur”.

"Heç zaman heç kimdən, xüsusilə, özünüzdən güclülərdən heç nə istəməyin, lazım olsa, özləri çağırıb hər şey verəcəklər".

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər