Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”
12 avqust 2026
# 17:55

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclik bu günümüz, gələcəyimizdir!” adlı material hazırlanıb.

Kitabxanadan kulis.az-a bildirilib ki, materialda Beynəlxalq Gənclər Gününün yaranma tarixi və mahiyyəti, gənclərin müasir cəmiyyətin inkişafında oynadığı mühüm rol, onların sosial, ictimai, elmi, mədəni və digər sahələrdə fəallığı haqqında məlumatlar öz əksini tapıb.

Elektron materialda Azərbaycanda gənclər siyasətinin formalaşması və inkişafı, gənclərə göstərilən dövlət qayğısı, onların təhsil, elm, innovasiya, məşğulluq və ictimai fəaliyyət sahələrində öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda gənclərin ölkənin ictimai-siyasi və sosial həyatında fəal iştirakının, onların milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik prinsiplərinə bağlılığının əhəmiyyəti diqqətə çatdırılır. Təqdimatda Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin formalaşmasında göstərdiyi tarixi xidmətlərdən, gənclərə olan xüsusi diqqət və qayğısından, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan bəhs olunur.

“Gənclik bu günümüz, gələcəyimizdir!” adlı material kitabxananın rəsmi saytında https://ryl.az/electronic-services/AI_kitab_teqdimatlari yerləşdirilib.

# 596 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər