Gənc Yazarlar İttifaqı — Sözün gücünə inananların ünvanı

Gənc Yazarlar İttifaqı — Sözün gücünə inananların ünvanı
13 aprel 2026
# 13:41

Gənc Yazarlar İttifaqı 29 sentyabr 2025-ci ildə sözə inanan gənclərin təşəbbüsü ilə yaranmışdır. Səbinə Dənizin rəhbərliyi ilə fəaliyyət göstərən bu ittifaq qısa müddət ərzində ədəbi məkan kimi tanınır.

Kulis.az xəbər verir ki, İttifaq gənc yazarların yaradıcılıq potensialını üzə çıxarmağı, onların sözünü geniş auditoriyaya çatdırmağı və ədəbiyyata yeni nəfəs gətirməyi qarşısına məqsəd qoyur.

Bu yolda müxtəlif istiqamətləri əhatə edən üç əsas klub fəaliyyət göstərir:

“Müasir Ədəbiyyat” müzakirə klubu — yeni ədəbi meyllərin araşdırıldığı, fikirlərin toqquşduğu və sözün dərinliyinə enildiyi bir düşüncə məkanıdır.
Aforizm klubu — gənc üzv yazarların yaradıcılığının tanınmasını hədəfləyir. Və onların yazılarından dəyərli sitatlar geniş auditoriyaya təqdim olunur.
Tarix klubu — keçmişin izlərini bu günə daşıyan, tarixdən ilham alaraq gələcəyin hekayələrini formalaşdıran bir ədəbi platformadır.
Burada fərqli düşüncələr birləşir, müxtəlif talelər yazıya çevrilir və hər kəs öz səsini tapmaq üçün bir addım daha yaxınlaşır.

Gənc Yazarlar İttifaqı — sözün gücünə inananların ünvanı, gələcəyin yazarlarının doğulduğu yerdir. Artıq 30 üzvü var.

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər