Gənc istedadlara həsr olunmuş musiqi festivalı keçiriləcək

Gənc istedadlara həsr olunmuş musiqi festivalı keçiriləcək
3 sentyabr 2026
# 13:20

İspaniyanın Qranada şəhəri 3-5 sentyabr tarixlərində gənc musiqi istedadlarına həsr olunmuş "Neorama" gəzici festivalının ilk buraxılışına ev sahibliyi edir.

Kulis.az xəbər verir ki, İspaniya Musiqi Gəncləri Konfederasiyasının 75 illiyi münasibətilə təşkil edilən festival çərçivəsində caz, klassik, rok, pank və elektronika kimi müxtəlif janrlarda 40 konsert təqdim olunacaq.

Tədbirdə İspaniyanın müxtəlif bölgələrindən 500-dən çox gənc iştirakçı yer alacaq.

Tarixi və mədəniyyət abidələri ilə zəngin olan "Teatro del Generalife", "Auditorio Manuel de Falla" və "Carmen de los Mártires" kimi məkanlarda baş tutacaq festival gənc musiqiçilərin peşəkar səhnəyə addım atması üçün bir platforma rolunu oynayır.

Festival sentyabrın 5-də inklüziv sənət layihəsi olan "SuperArte" konserti ilə yekunlaşacaq.

# 95 dəfə oxunub

Oxşar xəbərlər

Tanqo üzrə dünya çempionatı yekunlaşdı – Təfərrüatlar

Tanqo üzrə dünya çempionatı yekunlaşdı – Təfərrüatlar

13:40 3 sentyabr 2026
Əfsanəvi caz vokalisti vəfat etdi

Əfsanəvi caz vokalisti vəfat etdi

13:00 3 sentyabr 2026
I Beynəlxalq Əskişəhər Porsuk Festivalı başladı - Azərbaycan da iştirak edir

I Beynəlxalq Əskişəhər Porsuk Festivalı başladı - Azərbaycan da iştirak edir

11:55 3 sentyabr 2026
İstanbulda “Qəhvə festivalı”   olacaq

İstanbulda “Qəhvə festivalı” olacaq

11:25 3 sentyabr 2026
Fələstinli müğənni Amerika turunu təxirə saldı - Səbəb

Fələstinli müğənni Amerika turunu təxirə saldı - Səbəb

11:20 3 sentyabr 2026
Qızı niyə Yaşar Nurinin məzarını ziyarət etmirdi? - Xalq artisti haqqında bilinməyənlər

Qızı niyə Yaşar Nurinin məzarını ziyarət etmirdi? - Xalq artisti haqqında bilinməyənlər

10:40 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər