Füzuli ilə bağlı yeni kitab nəşr edildi

Füzuli ilə bağlı yeni kitab nəşr edildi
4 dekabr 2024
# 18:40

Azərbaycan Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin ikinci kitabı işıq üzü gördü.

Kulis.az xəbər verir ki, “Hədiqət-ül-əhadis” adlı bu nəşr Mövlana Məhəmməd Füzulinin 530 illiyinə töhfə, tarixən mövcud olub bu gün də möhkəmlənməkdə davam edən Azərbaycan-Özbəkistanmədəni əlaqələrinə ərməğan və Əmir Əlişir Nəvayinin ustadı Şeyx Əbdürrəhman Caminin 610 illiyinə yadigardır.

Tədqiqat əsərində Caminin farsca, Nəvayinin özbəkcə və Füzulinin azərbaycanca qələmə aldığı “Qırx hədis” mənzumələrinin müxtəlif əlyazma və qədim çaplar əsasında hazırlanmış ərəb qrafikası ilə elmi-tənqidi mətni, latın əlifbasında oxunuşu, tərcümə və sadələşdirilmiş nəsr formaları verilmişdir.

Kitabın tərtibçi və tərcüməçisi tədqiqatçı şair Əşrəf Fəxri, elmi rə’yçisi filologiya elmləri doktoru Ataəmi Mirzəyev, ön sözün müəllifi AYB-nin üzvü şair Azər Fəraqi, rəssamı Anar İsmayılov, dizayneri Hüseyn Şərifzadədir.

# 3098 dəfə oxunub

Oxşar xəbərlər

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:05 12 oktyabr 2026
Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

15:30 12 oktyabr 2026
Kamal Abdullanın  “Azərbaycanca danışaq” əsəri Polşada

Kamal Abdullanın “Azərbaycanca danışaq” əsəri Polşada

15:21 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər