"Faytonçu Nazim insultdan sonra yıxılıb travma alıb" - TƏBİB

"Faytonçu Nazim insultdan sonra yıxılıb travma alıb" - TƏBİB
31 yanvar 2025
# 18:01

Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirməsi səbəbiylə xəstəxanaya yerləşdirilib.

Kuliz.az xəbər verir ki, Lent.az sənətçinin vəziyyəti ilə bağlı məlumat almaq üçün TƏBİB-ə müraciət ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30 yanvar saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56-də 57 yaşlı müğənni Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib”.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”.

# 2133 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər