Azərbaycan Dövlət Dəniz Akademiyasında tanınmış şair-publisist Faiq Balabəylinin iki kitabının – “Bakı buxtası – 20 yanvar” və “Dənizçilərimiz Vətən müharibəsində” kitablarının təqdimat mərasimi keçirilib.
Mərasimdə AXDG QSC-nin sədr müavini Nəzrəddin Əhmədzadə, ADDA-nın rektoru Heydər Əsədov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, AYB-nin üzvü, tanınmış şair, Prezident təqaüdçüsü Vasif Süleyman, Akademiyanın müəllim və professor heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən ADDA-nın prorektoru, professor Zahid Səmədov tədbir iştirakçılarını salamlayaraq, təqdimat mərasimi keçirilən “Bakı buxtası – 20 yanvar” və “Dənizçilərimiz Vətən müharibəsində” kitablarının müəllifi Faiq Balabəyli haqqında tədbir iştirakçılarına məlumat verdi. Onun hazırda tədbirin keçirildiyi ali təhsil ocağının məzunu olduğunu, dənizçi həyatını gözəl bildiyini, “AXDG” QSC XDND idarəsinin gəmi kapitanı və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyini sədri olduğunu dinləyicilərin nəzərinə çatdırdı.
Sonra müəllifi olduğu kitablar haqqında da məlumat verən Faiq Balabəyli hər iki kitabın hansı zərurətdən yazıldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı, tədbirə qatılan qonaqlara şükranlarını bildirdi. O, hər iki dəyərli kitabın nəşr olunmasında maliyə dəstəyi göstərdiyinə görə “AXDG” QSC nin rəhbərliyinə minnətdarlığını bildirdi.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında hər iki kitabın dərc olunmasının vacibliyini və lazımlı olduğunu diqqətə çatdırdı, müəllifə və zəhməti keçən hər kəsə bu ağır və məsuliyyətli işin öhdəsində ləyaqətlə gəldiklərinə görə SAĞ OL dedi. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kitabların mühüm rol oynayacağına inandığını bildirdi.
Milli Məclisin deputatı Hikmət Babaoğlu tarixin milli ruhla bərabər inkişaf etmsəindən bəhs etdi, tariximizin yazılmasının vacibliyini diqqətə çəkdirdi. 1990-cı ilin hadisələri zamanı tələbə olduğunu və mitinq və yürüşlərdə iştiraklarını xatırladı, eyni zamanda da Azərbaycan dənizçilərinin həmin dövrdə çox böyük bir tarixə imza atdığını, qəhrəmanlıq göstərdiyini diqqətə çatdırdı. O, 20 yanvar hadisələri zamanı, eləcə də birinci Qarabağ savaşında, həm də 44 günlük Zəfər Savaşında Azərbaycan dənizçilərinin göstərdikləri əvəzolunmaz igidliklər haqqında kitabların yazılmasını böyük uğur adlandırdı.
Azərbaycam Mətbuat Şurasının sədri Əflatun Amaşov bu dəyərli kitabların ilk təqdimat mərasiminin Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilməsinin bir az da rəmzi məna daşıdığını qeyd etdi. O, üzünü zalda əyləşən tələbələrə tutaraq bildirdi ki, bu kitabların hər ikisində də qəhrəmanlıqlarından bəhs olunan dənizçilərin əksəriyyəti bir zamanlar sizin kimi bu ali təhsil ocağının yetirmələri olublar. Onlar sizlərə örnək bir həyat nümunəsi göstəriblər. Kitabın müəllifi Faiq Balabəyli haqda da xoş sözlərini ifadə edən Ə. Amaşov hər iki kitabın gərgin zəhmət hesabına araya-ərsəyə gəlməsindən söz çaraq əlavə etdi ki, “Dənizçilərimiz Vətən müharibəsində” kitabında 300 nəfərə yaxın Azərbaycan dənizçisi və dənizçi övladlarından bəhs olunan məlumatlar gələck nəslin vətnpərvərlik ruhunda böyüməsində xüsusi rolu olacaq.
Prezident təqaüdçüsü, şair Vasif Süleyman çıxışında qeyd etdi ki, qeyri-adi bir hadisədən, igidlikdən danışanda ürəyin səsini dinləmək lazımdır. Necə ki, düz 32 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə, eləcə də 44 günlük Zəfər Savaşında Vətən fədailəri ürəklərinin səsinə qulaq asəb, sinələrini düşmənin zirehli texnikasına sipər etdilər. Necə ki, dənizçi-şair Faiq Balabəyli ürəyinin səsinə qulaq asıb “Bakı buxtası-20 yanvar” və “Dənizçilərimiz Vətən Müharibəsində” kitabını yazdı.
Kitablarla tanış olandan sonra bir daha əmin olursan ki, bu millətin heysiyyatı ilə oynamaq olmaz. Dünyanın bütün silahlarından qüdrətli olan bir silah var. Onun adı VƏTƏN SEVGİSİ, MÜSTƏQİLLİK ARZUSU, QEYRƏT HİSSİdir. Bu olan yerdə istənilən atəşin qarşısını almaq olar.
32 il əvvəl – o dəhşətli gecədə Bakı buxtasında şalışan qəhrəman dənizçilərimizin fədakarlığı təkcə buxta üçün deyil, bütövlükdə Azərbacanın şərəf tarixi üçün əvəzsiz səhifələrdir. O zaman 26 yaşında olan kitab müəllifinin və buxta hadisələrinin iştirakçısının aradan 32 il keçəndən sonra bir də bu mövzuya qayıtması, öz-özlüyündə alqışlanandır. Bir də qayıtması - ona görə deyirəm ki, Faiq Balabəyli 20 yanvar hadısələrində Bakı buxtasında dənizçilərin öz əməlləri ilə yazdığı igidlik tarixini sistemli şəkildə araşdıran tək müəllifdir. Hələ 2003-cü ildə o, bu mövzuda “Kəsilməyən həyəcan fiti” adlı birinci kitabı yazmışdı.
... Sevginin zamanı olmaz – illah da Vətən sevgisinin. 20 Yanvar şəhidliyini, 1988-ci ildən başlayan azadalıq mücadiləsini, 2016-cı ilin Aprel döyüşlərini, 2020-ci il 27 sentyabrda başlayıb 10 noyabrda başa çatan 44 günlük Zəfər Savaşını da doğuran bu sevgi idi – zamansız VƏTƏN CESGİSİ.
ADDA-nın müəllimi, Vətən müharibəsinin iştirakçısı Ruslan Əlicanov da çıxışında hər iki kitabın məziyyətlərindən bəhs edib, müəllifə təşəkkürünü bildirdi: Vətən müharibəsi başlayanda döyüşlərdə iştirak edən dənizçilərin sırasında mən də vardım. Atam Iqarabağ müharibəsinin iştirakçısıdır. Əmim də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və Milli qəhrəmandır. Bu dəfə isə növbə bizə çatdı. Mənim üçün Füzuli rayonunun düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmək həm də buna görə ürəyimcə oldu. Bizim Vətən uğrunda vuruşduğumuz tarixi anları əbədəlişdirdiyi üçün Faiq müəllimə təşəkkür edirəm.
Sonda tədbir iştirakçılarına Faiq Balabəylinin hər iki kitabı hədiyyə olundu və xatirə şəkilləri çəkildi.
Tural Balabəyli