Ən yaxşı Yeni il filmləri

Ən yaxşı  Yeni il filmləri
3 yanvar 2023
# 11:00

Kulis.az ən yaxşı 10 Yeni il filmini təqdim edir.


1. “Evdə Tək”

7-dən 70-ə qədər hər kəsi ekrana kilidləyən Kevinin macəralarını əks etdirən "Evdə tək"filmi yeni ili qarşılayanlar üçün ən yaxşı filmlər arasında birinci yerdədir. Əfsanəvi Macaulay Culkin'in baş rolda oynadığı filmi siyahımızda mütləq birinci olmalı idi.

Ən çox gəlir gətirən Yeni il filmləri - siyahı

2. “The Nightmare Before Christmas”

Qotik atmosferi ilə diqqət çəkən 1993-cü ildə çəkilmiş film, pərilər, ruhlar və yarasalar sülaləsini idarə edən Kral Cek Skellinqtonun Milad vaxtı Milad qəsəbəsini kəşf etməsi ilə başlayan macərasından bəhs edir.

17 The Nightmare Before Christmas facts | Radio Times

3. “İt's a Wonderful Life”

1946-cı ildə çəkilmiş “İt's a Wonderful Life” unudulmaz milad filmlərindən biridir. Milad gecəsində intihar etmək ərəfəsində olan uğursuz bank işçisinin hekayəsindən bəhs edən film emosional, gülməli və ümidverici süjetə malikdir. Rejissoru Frank Kapra olan filmdə James Stewart həyatına son qoymağa çalışan Corc Beyli obrazını canlandırır.

It's a Wonderful Life - NBC Movie - Where To Watch

4. “34-cü küçədə möcüzə”

Klassik milad filmidir. Filmdə şaxta baba olduğunu iddia edən qocanın dəli kimi elan edilir və gənc bir vəkil real olduğunu iddia edərək məhkəmədə onu müdafiə edir. Edmund Gwenn və Natali Wood-un Santa Klaus rolunda möhtəşəm performansı filmdə əsas diqqət çəkən məqamlardan biridir.

34-cü Küçədə Möcüzə ( Miracle on 34th Street 1947 ) yüksək keyfiyyətlə  onlayn izlə

5. “Elf”

2003-cü ildə rejissor Jon Favreau tərəfindən çəkilmiş və ssenarisi David Berenbaum tərəfindən yazılmış Amerika Milad komediya filmidir. Uill Ferrell filmdə Santanın elfləri tərəfindən böyüdülən, nəsli haqqında öyrənən və bioloji atası ilə görüşmək üçün Nyu-Yorka yollanan Buddy rolunu oynayıb.

Elf (2003) - Video Dailymotion

6. “Gremlins”

1984-cü ildə çəkilmiş “Gremlins”, Miladda izləyə biləcəyiniz ən yaxşı gülməli və qorxulu xarici filmlər sırasındadır. Uğursuz ixtiraçı Randall oğlunun ad günü üçün Çinaatundakı mağazadan qəribə bir məxluq alır. Bu canlını parlaq işıqdan qorumaq, çox su verməmək və gecə yarısından sonra yemək verməmək lazımdır. Ancaq hadisələr gözlənildiyi kimi olmur. Filmdə sizi böyük bir macəra gözləyir.

Is 'Gremlins' A Christmas Movie? 4 Reasons 'Gremlins' Is A Holiday Classic  - Parade: Entertainment, Recipes, Health, Life, Holidays

7. “Qütb ekspressi”

Eyni adlı uşaq kitabının əsasında hazırlanmış ekran işi balaca oğlanın Milad ərəfəsində sehirli qatarla səyahətindən bəhs edir.

Ən çox gəlir gətirən Yeni il filmləri - siyahı

8. “Qəribə təsadüf və ya həmişə təmizlikdə”

Rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmidir. Yeni il gecəsini keçirməmişdən qabaq Jenya adətə görə hər il olduğu kimi dostları Pavlik, Saşka və Mişka ilə hamama gedirlər. Pavlik elə həmin gecə Leninqrada uçmalı olduğunu deyir. Dostlar hamamda o qədər içirlər ki, hər biri möhkəm sərxoş olur. Nəticədə, Saşka və Mişka Leninqrada səhvən Pavliki yox, Jenyanı göndərirlər.

Qəribə təsadüf və ya həmişə təmizlikdə" Rusiyada xristianlar üçün zərərli  hesab edilib

9. “Milad mahnısı”

2009-cu ildə Çarlz Dikkensin eyni adlı romanı əsasında çəkilmiş filmdir. Milad filmləri siyahısına əlavə etmək üçün fantastik animasiyadır. Filmin aktyor heyətində Jim Carrey, Gary Oldman, Colin Firth kimi adlar var.

Milad Filmi Viktorina 2022: Cavabları olan +75 Ən Yaxşı Sual

10. “Evdə tək 2: Nyu-York sərgüzəştləri”

Kevin MakKalisterin Nyu-Yorkdakı sərgüzəştlərindən bəhs edir. Bunun üçün onun kifayət qədər pulu, kredit kartları var. Xatırladaq ki, filmdə ABŞ-ın yeni prezidenti Donald Tramp da epizodik rolda çəkilib.

Evdə Tək 2: Nyu-Yorkda İtirilmiş ( Home Alone 2: Lost in New York 1992 )  yüksək keyfiyyətlə onlayn izlə

# 2344 dəfə oxunub

Oxşar xəbərlər

93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

16:30 16 aprel 2024
“Gilavar Foto Klubu”  beynəlxalq mükafatlara layiq görülüb

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

15:30 16 aprel 2024
Adəmin atası niyə həbs olundu? - Adamların sevincinin səbəbi

Adəmin atası niyə həbs olundu? - Adamların sevincinin səbəbi

15:28 16 aprel 2024
“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

15:00 16 aprel 2024
Ramiz Mirişliyə həsr olunan sərgi hazırlandı

Ramiz Mirişliyə həsr olunan sərgi hazırlandı

14:30 16 aprel 2024
Colinin yeni döyməsinin mənası - Foto

Colinin yeni döyməsinin mənası - Foto

14:00 16 aprel 2024
#
#
# # #