Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”
26 fevral 2026
# 14:00

25 fevral 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ” mövzusunda elmi konfrans keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planı çərçivəsində təşkil olunub.

Açılışda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qurultayın türk xalqlarının milli özünüdərki və elmi əməkdaşlığında mühüm mərhələ olduğunu bildirib, yubiley münasibətilə stenoqrafik hesabatın və fundamental biblioqrafiyanın nəşrinin nəzərdə tutulduğunu qeyd edib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qurultayın ideyalarının türk dünyasında milli oyanışa və inteqrasiyaya töhfə verdiyini vurğulayıb, yubiley ili çərçivəsində nəşrlər, bədii-sənədli filmlər və ölkə daxilində, eləcə də xaricdə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Konfransda Milli Məclisin deputatları, alimlər və ictimai xadimlər çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyətini dəyərləndiriblər. Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev videomüraciətində qurultayın latın qrafikalı əlifbaya keçid, terminologiyanın vahidləşdirilməsi və elmi əlaqələrin möhkəmləndirilməsi baxımından nəticələrini qeyd edib.

Tədbir çərçivəsində “Birinci Türkoloji Qurultay – 100” elektron məlumat bazası və virtual sərgi təqdim olunub, yubileyə həsr edilmiş kitab sərgisi təşkil edilib.

# 1190 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

15:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər