Düsen Kaseinov ICTMD-nin ilk səfiri seçilib

Düsen Kaseinov ICTMD-nin ilk səfiri seçilib
17 yanvar 2025
# 09:53

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sabiq baş katibi Düsen Kaseinov UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın ilk səfiri seçilib.

Kulis.az xəbər verir ki, Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində keçirilən UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) 47-ci Dünya Konfransının ümumi iclasında təşkilatın rəhbərliyi və icraiyyə şurası üçün seçkilər keçirilib. Konfransda iştirak edən, dünyanın 70 ölkəsində olan nümayəndələr tərəfindən icraiyyə şurasının təşkilatın rəhbərlik strukturuna “ICTMD səfiri” statusunun əlavə edilməsi xüsusi maraqla qarşılanıb, bu addım tarixi qərar kimi qiymətləndirilib.

Bu fəxri status şuranın məqsədlərinin irəliləməsinə əhəmiyyətli töhfələr verən, mədəni irsin qorunması və tanıdılması üçün çalışan, eləcə də beynəlxalq səviyyədə ICTMD-nin inkişafı üçün gələcək planlar təklif edən üzvlər üçün nəzərdə tutulub.

Ali statusun ilk sahibi olaraq Lizbon Salva Castelo Branca Universitetinin professoru, 2013-2019-cü illə arasında ICTMD-nin Prezidenti olmuş, 2008-2022-ci illər arasında isə TÜRKSOY-un baş katibi vəzifəsini icra etmiş Düsen Kaseinov seçilib.

Tədbirdə çıxış edən ICTM-nin prezidenti professor Svanibor Pettan Kaseinovun rəhbərliyi altında TÜRKSOY ilə ICTMD-nin strateji tərəfdaş olduğunu və bir sıra mühüm tədbirlərin təşkilində dəstək verdiyini bildirib.

Kaseinovun namizədliyinin icraiyyə şurası və konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndiyini qeyd edən Pettan sabiq baş katibin ICTMD səfiri seçilməsinin TÜRKSOY ölkələrinin mədəniyyət və incəsənət sahəsində beynəlxalq əməkdaşlığının inkişafında mühüm rol oynadığını deyib.

# 2102 dəfə oxunub

Oxşar xəbərlər

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

19:00 26 avqust 2026
Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər