Dünyanın ən əsas 10 ədəbiyyat mükafatı

Dünyanın ən əsas 10 ədəbiyyat mükafatı
17 dekabr 2021
# 17:20

Kulis.az dünyanın ən prestijli 10 mükafatı haqda yazını təqdim edir.

1. Buker mükafatı (The Man Booker Prize)

Букеровская премия

1969-cu ildən 2001-ci ilə qədər Buker Mükafatı kimi məşhur idi (Booker Prize). 2005-ci ildən mükafatın əsas sponsoru Man Group şirkəti oldu və mükafatın adı da avtomatik dəyişdi: Man Booker Prize kimi təqdim edilməyə başlanıldı. Mükafat iki ildən bir verilir. Əvvəlcə bu mükafat yalnız Britaniya Birliyi ölkələrinə təqdim olunurdu. 2014-cü ildən isə mükafat beynəlxalq miqyasa çıxdı, istənilən ölkənin yazıçısı bu mükafatı almaq hüququ qazandı. Tək şərt isə əsərin ingilis dilində yazılması, ya da bu dilə mükəmməl tərcümə olunmasıdır. Qalib gələn əsər pul mükafatı qazanan yazıçı və tərcüməçi arasında bölüşdürülür. Məbləğ 50.000 funt sterlinqdir (65.500 dollar). Bütün qısa siyahıda olan yazıçılar və tərcüməçilər hər biri 1000 funt sterlinq (1310 dollar) alırlar.

Əsas Bukerə əlavə olaraq, 2005-ci ildən etibarən Beynəlxalq Buker mükafatı da təsis olunub və iki ildən bir təqdim olunur. Bu mükafat ingilisdilli yazarlarla yanaşı, əsərləri geniş şəkildə ingilis dilinə tərcümə edilən müəlliflərə də verilir. Beynəlxalq Buker konkret bir əsərə görə deyil, ümumiyyətlə, müəllifin “yaradıcı fəallığı, inkişafı və dünya ədəbiyyatına ümumi töhfəsinə” görə təqdim olunur. İlk Beynəlxalq Buker mükafatçısı alban şairi İsmayıl Kadar olub. Sonrakı laureatlar nigeriyalı Çinua Açebe (2007), kanadalı Elis Manro (2009) və amerikan ədəbiyyatının klassiki hesab olunan Filip Rot (2011) olublar.

Bukerin bir neçə ölkədə də mükafatları var: Asiya Bukeri, Rus Bukeri və s.

2. Pulitzer mükafatı (Pulitzer Prize)

Пулитцеровская премия

XIX-XX əsrlərdə yaşamış məşhur jurnalist, varlı ailənin övladı Cozef Pulitserin təsis etdiyi nüfuzlu mükafat. Pulitser mükafatı hər il jurnalistka, ədəbiyyat, dram və non-fikşn sahəsindəki nailiyyətlərinə görə təqdim olunan əsərlərə verilir. Pulitzer mükafatı Kolumbiya Universiteti tərəfindən idarə olunur və 21 kateqoriya üzrə verilir. 20 kateqoriyanın qaliblərinə sertifikat və 15.000 dollar təqdim olunur. Qızıl medal Jurnalistika Müsabiqəsinin Dövlət Qulluğu Departamenti tərəfindən bir qalibə verilir. Bədii Kitab üçün Pulitzer Mükafatı isə 1918-ci ildə təsis edilmişdir. Ernest Pool “Onun ailəsi” romanına görə birinci mükafat sahibi oldu.

3. Neustadt Beynəlxalq Ədəbiyyat mükafatı (Neustadt International Prize for Literature)

Нейштадтская литературная премия

Digər bir prestijli ədəbi mükafat olan Neustadt mükafatı 1969-cu ildə ABŞ-da təsis edilib. İki ildən bir verilən mükafat tək bir əsərə yox, bütün yaradıcılığa aid edilir. Mükafatı ABŞ-ın Oklohoma Universiteti və nüfuzlu ədəbiyyat dərgisi World Literature Today dəstəkləyir. Qalib hər il dəyişdirilən 7 nəfərlik münsif heyyəti tərəfindən seçilir. İstənilən dildə yazılan əsər namizəd kimi təqdim oluna bilər, ancaq əsərin bir qismi münsif heyyətinin qiymətləndirilməsi üçün ingilis dilinə tərcümə olunmalıdır. “Books Abroud” dərgisinin redaktoru İvar İvaksın təklifi ilə “Beynəlxalq xarici ədəbiyyat mükafatı” adı verilən mükafat daha sonra indiki adı il məşhurlaşıb. Mükafat alan şəxs sertifikat, gümüş qartal tükü mükafatı və 50.000 dollar alır. Mükafat, dram, poeziya və bədii ədəbiyyat sahələrində görkəmli işləri qiymətləndirir. Bu günə kimi bu mükafata Qabriel Qarsiya Markes, Oktavia Paz, Tomas Tranströmer, Çeslav Miloş kimi dünya şöhrətli yazıçılar təqdim olunublar.

4. Kosta mükafatı (Costa Book Awards)

Премия Коста

1971-ci ildə yaradılan mükafat əvvəlcə Whitbread Book Award adlanırdı. 2006-cı ildə Costa Coffe rəsm sponsor olduğu üçün mükafatın adı dəyişdirildi. Mükafata yalnız Böyük Britaniya və İrlandiyadan olan yazarlar, ingilis dilində yazılmış əsərlərini təqdim edə bilərlər. Mükafat yalnız ədəbiyyat sahəsindəki parlaq və görkəmli işlərə aid edilmir, həmçinin mütaliəyə maraq yaradan kitablara da verilir. Mütaliəni xoş bir əyləncə kimi təbliğ etmək mükafatın əsas hədəflərindən biridir. Mükafat bir neçə kateqoriyalar üzrə verilir: bioqrafiya, roman, uşaq ədəbiyyatı, ən yaxşı ilk roman və şeir. Laureatlar hər biri 5 min funt-sterlinq alırlar.

5. Amerika Ədəbiyyat mükafatı (North American Book Awards)

Американская премия в области литературы

Mükafat 1994-cü ildə təsis edilib. Beynəlxalq yazı sahəsində əməyi olan müəlliflərə verilir. Mükafat qismən məşhur Nobel Ədəbiyyat mükafatına alternativ olaraq yaradılmışdır. Hər il məşhur Amerika ədəbiyyatşünasları, dramaturqları, şairləri və yazıçıları da daxil olmaqla 6-8 münsif üzvü qalibi təyin etmək üçün toplanır. Qalib heç bir pul mükafatı almır.

6. Qadın ədəbiyyat mükafatı (The Women’s Prize for Fiction)

Женская премия в области художественной литературы

Böyük Britaniyada təsis olunmuş mükafat ən çox maraq oyadan mükafatlardan biridir. Mükafat yalnız xanımlar üçündür. Qadın nəsrinin nümayəndələri üçün geniş imkanlar açan mükafatın ilk adı “Portağal” (Orange Prize for Fiction) olub. 1996-cı ildə yaradılmış bu mükafat ingilisdilli qadın yazarlar üçün nəzərdə tutulub. Münsif heyyəti də qadınlardan ibarətdir. Qaliblərə 30 min funt sterlinq pul mükafatı ilə yanaşı, həm də Bessi adlı zərif bürünc heykəlcik təqdim olunur.

7. Hugo mükafatı (Hugo Avard)

Премия «Хьюго»

Mükafat “İnanılmaz hekayələr” elmi-fantastik jurnalının təsisçisi Hüqo Hernsbekin adından götürülüb.

Fantastika və ya fantaziya janrında yazılmış ən yaxşı əsərə görə verilir. Hugo Mükafatı Dünya Elm Fantastika Cəmiyyəti tərəfindən maliyyələşdirilir.

Mükafat 1953-cü ildən bəri hər il keçirilən Dünya Elmi Fantastika Konvensiyasında qəbul edilən kateqoriyalar üzrə verilir: ən yaxşı qısa roman, ən yaxşı qrafika hekayəsi, ən yaxşı fantezi, ən yaxşı dramatik təqdimat və ən elmi fantastika kitabı...

8. Varvik mükafatı (The Warwick prize for writing)

Стружские вечера поэзии

Mükafat 2008-ci ildə İngiltərənin Varvik Universitetində təsis olunub. Dünyada analoqu olmayan yazı müsabiqəsidir. Universitetin tələbələri, məzunlar, işçiləri, habelə nəşriyyat sənayesində işləyənlər namizədlik üçün əsər təqdim edə bilərlər. Hər il mükafat üçün yeni bir mövzu təsdiqlənir. Əsər ingilis dilində yazılmalıdır.

9. Qonkur mükafatı (Prix Goncourt)

Гонкуровская премия будет вручена во Франции

Fransanın ən nüfuzlu ədəbi mükafatı 1896-cı ildə təsis olunmuş və 1902-ci ildən təqdim edilməyə başlamış Qonkur mükafatıdır. Fransada yaşayan fransızdilli müəllifə ən yaxşı roman və ya novellalar toplusuna görə verilir. Fransız klassikləri olan Edmon və Jül Qonkur qardaşlarının adını daşıyan mükafatın məbləği tamamilə simvolik anlam daşıyır və hazırda cəmi 10 avro təşkil etsə də, laureat olan müəllifin kitabları qısa zamanda böyük tirajlarla satılaraq ona yaxşı gəlir və şöhrət qazandırır.

Qonkur Akademiyasına tamamilə simvolik məbləğə çalışan (ildə 60 frank) Fransanın 10 ən məşhur ədəbiyyatçısı daxildir. İki səs vermək imkanı olan akademiyanın prezidentindən fərqli olaraq, onların hərəsi bir səsə malikdir və hər il istədikləri bir müəllifin kitabına səs verə bilərlər.

İlk vaxtlar mükafat qeyri-adi istedad, forma və məzmunla bağlı yeni və cürətli axtarışlar müəllifi olan gənclər üçün nəzərdə tutulsa da, təsisçi Edmon Qonkurun bu arzusu çox tez unuduldu. Belə ki, bəzən mükafata elə əsərlər layiq görülür ki, orada istedad və yenilik adına heç bir şey tapmaq olmaz. Hərçənd laureatlar arasında dünya oxucusuna bəlli olmayan imzalarla yanaşı, Marsel Prust (1919), Moris Dryuon (1948), Simon De Bovuar (1954), Paskal Lene (1974), Amin Maaluf (1993) kimi məşhur imzalar da var.

10. Ədəbiyyat üzrə Nobel mükafatı (Nobel Prize in Literature)

Нобелевская премия в области литературы

Bildiyiniz kimi, Albert Nobelin adına olan bu nüfuzlu mükafat hər il müxtəlif kateqoriyalar üzrə verilir. Ən çox mübahisə doğuran və reaksiya yaradan isə Nobel Ədəbiyyat mükafatıdır. Dünyanın bir çox ölkələrindən tanınmış müəlliflər bu mükafata layiq görülüblər. Nobel hər hansısa əsərə görə yox (bir-iki istisnanı çıxmaq şərti ilə) yazıçının bütöv yaradıcılığına verilir.

# 4953 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #