Direktorun səsi yayıldı, işdən çıxarıldı – Bəs səsi yayılmayanlar nə edir?

Direktorun səsi yayıldı, işdən çıxarıldı – Bəs səsi yayılmayanlar nə edir?
17 may 2025
# 17:20

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Sosiologiya mövzulu bir materialda bu problemdən bəhs etmişdilər:

- Hindistandan gələn səyyahlar (turistlər, miqrantlar vs.) aeroport gömrüyündə onlara qarşı sistemli pis rəftardan şikayət edirlər.

Rəhbərlik problemin araşdırılması üçün sosioloqlara müraciət edir. Sosioloqlar müəyyənləşdirirlər ki, hindistanlıları incidənlər elə hind əsilli gömrük işçiləridir. İzah təxminən belə olur ki, gömrük işçilərinin fərqində olmadıqları bir qorxu ("Gəlib yerimizi tutarlar") onları belə davranmağa sövq edə bilər.

Oxşar hadisəni Avropada yaşayan türklərdə də müşahidə etmək olur. Avropada yaşayırlar, yaxşı maaş alırlar. İldə bir dəfə Türkiyəyə turist kimi gəlirlər və küçə reportajlarında Avropanı pisləyirlər. Ola bilər ki, bu da gizli bir "Gəlib yerimizi tutarlar" qorxusunun təzahürüdür.

Sağ vaxtı ANS kanalı Bakı-Sumqayıt yolundakı kafelərdən reportaj hazırlamışdı. Obyektlərdən birinə basqın etmişdilər və təsadüfən o an qarşılarına çıxan bir zavallını rəzil edirdilər. Jurnalist mikrofonu zavallının ağzına dürtüb izahat tələb edir, operatov kameranı fırladıb üzünü gizlətməyə çalışan zavallının üzünü çəkməyə çalışırdı.

Belə reportajın faydası nə olardı? Ucuz reytinq və həyatın dibində olan şəxsin daha da rəzil olması.

O hadisə o qədər pis təsir etdi ki, ANS-in xəbərlər redaksiyasına "O an təsadüfən qarşılarına çıxan bir zavallını rəzil etmək əvəzinə problemin səbəblərini araşdırmaq əsl jurnalistika olardı" mahiyyətində məktub yazmışdım.

"Hə yaxşı, bildik" tərzində cavab yazmışdılar.

Adətən, belə deyirlər, "Cinayətkar cəzalandırılsın, axı bu hadisə sabah kiminsə yaxınının başına gələ bilər".

Ya da belə deyirlər, "Küçədə (taksidə vs.) qadınlara qarşı hörmətli olun, axı kimsə sizin yaxınınız olan qadına da sataşa bilər".

Ayrı-ayrı hadisələr, fenomenolojik yanaşma, ancaq öz yaxınına olacaq təhlükədən narahat olmaq. Ümumi, heç kimin yaxını olmayan abstrakt insana hörmət anlayışı yerləşmir.

İnsan hüquqları anlayışını "Qərbin çürümüş dəyərləri" ilə eyniləşdirib kütləvi hücum təşkil edənlər bu hücumların nə ilə nəticələnə biləcəyinin fərqində deyillər.

Direktor-müəllim, müğənni-xalq, məmur-təbəə, kosmetoloq-müştəri süpürləşməsindən baş açıb ciddi stres altında olan 12-17 yaş qrupunun problemlərini müzakirə etmək və həll tapmaq lazımdır.

Bu qrupa ən asan çatan kriminal romantik ədəbiyyatdır təəssüf ki.

Hansısa direktorun səs yazısı yayıldı, işdən çıxarıldı. Səs yazısı yayılmayanlar, işini ehtiyatlı tutanlar bəs?

Şərq üsulu: tutulmayan oğru deyil, bacarana can qurban, ilişsən bizlik deyil vs.

Mətbuatda səs-küy düşməlidir cinayətin açılması üçün? Səs-küy yaratmayan hadisələr bəs?

Məsələyə simptomatik yox, etiolojik yanaşmaq lazımdır. Hadisələri təhlil edib ümumi səbəbi tapmaq lazımdır.

Müvafiq qurumların buna həvəsi və potensialı varmı? Güman ki, yoxdur.

# 1723 dəfə oxunub

Oxşar xəbərlər

"Tailandın Maykl Ceksonu"   həbs edildi

"Tailandın Maykl Ceksonu" həbs edildi

14:30 24 iyun 2026
QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

14:03 24 iyun 2026
Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

12:00 24 iyun 2026
"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

18:17 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

17:30 23 iyun 2026
Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

16:30 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər