Xalq artsiti: "Niyə görə əhli-keflik edirik?”

Xalq artsiti: "Niyə görə əhli-keflik edirik?”
30 iyun 2020
# 15:51

“Biz başqa xalqlara nəzərən bir qədər duyğulu, istiqanlı xalqıq, duyğularımızı başqalarına nisbətdə daha çox büruzə verməyi xoşlayırıq”.

Bunu APA-ya açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

O bildirib ki, bizdə bu xüsusiyyətimizdən qaynaqlanan sanki bir çəkingənlik də var: “Həmişə qanımız qaynayır deyə, görüşəndə sarılmağı, qucaqlaşıb öpüşməyi kənara qoya bilmirik. Biz də belə xalqıq. Nə edək? Bu gün, bu pandemiya dövründə bu xasiyyətimizi birdən-birə dəyişdirmək əlbəttə bizə çətin gəlir. Amma nə edək? Qoyulan qaydalara mütləq əməl etməliyik. Dəfələrlə bu barədə demişəm, çünki bizim övladlarımız, gələcəyimiz var. Yaxşı, deyək ki, boş şeydir, inanmırıq, buna görə də özümüzü qorumuruq. Amma biz tək deyilik axı. Əgər özümüzü nəzərə almırıqsa, gələcəyimizi nəzərə alaq. Axı biz övladlarımız üçün canımızdan keçməyə hazır olan xalqıq. Niyə görə əhli-keflik edirik?”

Xalq artisti yay fəsli ilə əlaqədar insanların bayıra çıxmaq, dənizə, sərin bölgələrə getmək istəklərini anladığını da vurğulayıb: “Amma heç olmasa, duyğularımızı bir balaca kənara qoyaq, səbrlə hərəkət edək ki, xəstələnməyək. Mən hardasa məcbur qalıb qaydaları pozanları başa düşürəm, məcbur olub evinə bir parça çörək aparmaq üçün çölə çıxanları demirəm, bəs məcbur olmayanlar niyə bunu edir, qaydaları pozurlar? Elə ailələr var ki, məhrumiyyətlərə baxmayaraq, hər şeyə dözür, səbr edir. Elələri də var ki, evində hər şəraiti var, bununla belə, qaydaları yenə pozurlar. Biz artıq böyüməliyik, uşaq kimi özümüzü aparmayaq. Heç olmasa, ciddiləşək. Bəziləri arada zarafata salırlar, düzdür, zarafatsız da keçinmək olmur, bunu da başa düşürəm, amma unutmayaq ki, bu ciddi xəstəlikdir, zarafatın da öz yeri var, ciddi yanaşmalı, özümüzü qorumalıyıq”.

Z. Xanbabayeva insanlardan səbrli olmağı rica edib: “Mən xalqımızdan tələb edə bilmərəm, yalnız rica edərəm. Xalq artisti, müğənni, tanınmış bir adam kimi yox, bu xalqın bir nümayəndəsi kimi xahiş edirəm, özünüzü qoruyun, nə qədər bacarırsınız özünüzü qoruyun ki, sabah peşmanlıq olmasın. Bəzən məndən soruşurlar, sən səbr edirsən? Əlbəttə, edirəm. Düzdür, darıxdığım zamanlar da olur. Məsələn, təyyarəyə minmək üçün çox darıxıram. Mən təyyarəni çox sevirəm. Amma indi nə edək? Əgər bütün dünya buna dözürsə, biz də dözək, özümüzə səbr aşılayaq, qoyulan qaydaları qulaqardına vurmayaq. Hər gün nə qədər yoluxma olur. Cahillik, savadsızlıq etməyək, anlayaq ki, nəinki biz, bütün dünya ciddi bir təhlükə ilə üz-üzədir. Səbir edin, məsafə saxlayın, evdə qalın, maska taxın. Başa düşürəm bunları demək asandı, lakin əməl etmək, xüsusən yayda əməl etmək çox çətindir. Amma inanıram ki, bu bəladan üzüağ, alnıaçıq çıxarıq. Mən yenə deyirəm, biz istiqanlı xalqıq, görüşəndə sarılmağı, öpüşməyi sevən xalqıq. Hələlik bunları bir kənara qoyaq, səbrimizi basaq. İnşallah o gün də gələcək, bir-birimizi sarılacağıq, bağrımıza basacağıq. Bu gün isə sosial məsafə saxlayaq, maska taxaq ki, o gözəl günlərə salamat çıxa bilək”.

# 2922 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər