“Azərbaycanın Tarkanı”nı əsəbiləşdirən səbəb

“Azərbaycanın Tarkanı”nı əsəbiləşdirən səbəb
18 mart 2021
# 13:01

Bir dövr meyxana janrı nüfuzdan düşmüşdü. Bu durğunluq təxminən sovet dövrünə təsadüf edirdi ki, həmin illərdə ciddi məkanlarda meyxanaçılara şərait yaradılmırdı.

90-cı illərin əvvəllərindən etibarən isə meyxana sovet rejiminin gizlətdiyi künc-bucaqdan çıxarılıb geniş kütləyə çatdırılması yolunda xeyli müsbət işlər görüldü.

Məsələn, 1991-ci ildə Qorxmaz Əlilli ilk dəfə Respublika üzrə meyxana müsabiqəsini keçirilməsinə nail olmuşdu. 2000-ci illərdə isə toyların əksəriyyətini meyxanasız təsəvvür etmək mümkün deyildi. Daha sonra meyxana efirə ayaq açdı və meydana çox istedadlı meyxanaçılar çıxdı. Lakin o yarışma xarakterli meyxana proqramları vasitəsilə məşhurlaşan bir neçə meyxanaçılar zamanla yollarını, istiqamətlərini dəyişdi. İlk açılışı Namiq Qaraçuxurlu etdi. Pərviz Bülbülə də bir müddət sonra yanına bir xanım ifaçı alıb “indeyski” mahnılara söz yazıb meyxana janrı ilə vidalaşdı. Daha sonra Vasif Əzim və başqa meyxanaçılar müğənniliyə meyl etdilər. Necə deyərlər meyxana sürətlə yuvarlandı çıxarıldığı quyunun dibinə.
Özləri bunu etiraf etmək istəməsələr də, daha çox pul qazanmaq həvəsi ən yaxşı meyxana deyənləri nüfuzdan saldı.

Aqşin Fateh isə özünü sıxıb saxlasa da uzun müddət tab gətirə bilmədi. Amma o, həmkarlarından fərqli olaraq birbaşa mahnı oxumağa keçmədi. Əvvəlcə serial çəkdi, sonra çəkdiyi serialda aktyorluq etdi. Ardınca da bir xanımla duet yazdırıb meydana çıxdı.

Məsələ burasındadır ki, Namiq Qaraçuxurlunun, Pərviz Bülbülənin yaxaladığı şöhrəti mahnı oxumaqla Aqşin Fateh yaxalaya bilmədi. Əksinə ortaya çıxartdığı mahnılarla daima tənqid, lağ hədəfinə çevrildi. Bir sözlə onda bu janr alınmadı.

Amma adam davam etməkdə israrlıdır. Aqşin Fatehin davranışından tutmuş, ifa etdiyi mahnılara qədər xeyli tənqidlik məqamlar olsa da bəy əfəndi tənqidlərə son dərəcə dözümsüz və qapalıdır.

Bu günlərdə yeni mövzu ilə gündəmdədir. Türkiyədə heç türklərin belə izləmədiyi bir Yutub kanalında qonaq olarkən aparıcı tərəfindən “Azərbaycanın Tarkanı” kimi təqdim olunması sosial şəbəkələrdə lağ obyektinə çevrilib. Səhifələrdəki Aqşin Fatehin Tarkanla montaj olunmuş posterləri və ironik statuslar Aqşin bəyin qəzəbinə səbəb olub.

Hər zaman olduğu kimi yenə ən yaxşı bildiyi şeydən- təhdid metodundan istifadə edir. Biləcəridən o tərəfə keçməyən “şöhrəti” ilə dünya şöhrətli müğənni Tarkanla müqayisə olunmağı təhqir hesab edən Aqşin Fateh nədənsə “ağır abiliyini” aparıcının təqdimatı zamanı nümayiş etdirməyib. Hətta sözügedən kadrlara baxdım, xeyli məmnun idi bu təqdimatdan. O zaman vətəndəki bu “kabadayı”lığın səbəbi nədir? İçini gəmirən özünə də məlum olmayan qəzəb, kin, aqressiya Aqşin Fatehi hər mənada sinifdə qoyur. Nə meyxanaçı ola bildi, nə müğənni ola bildi, nə rejissor ola bildi, nə aktyor. Ortaya qarışıq bir həyat yaşayır rəsmən. Hərdən onu efirdə görəndə ürəyim sıxılır. Düşündürür məni: Bu qədər narahat adam niyə müğənni olmaq istəyib? Kamera qarşısında narahatdır. Adam “Yarəm yarəm” kimi rimtik, yüngül əhvallı mahnıya sıfır reaksiya ilə giriş edir. Gülmür, hərəkət etmir. Adam var xoşuna gələn geyim əyninə bir ölçü kiçikdir, amma xoşu gəlir deyə israrla geyinir. Bax müğənnilik də Aqşin Fatehin əyninə bir yox, bir neçə ölçü kiçik gəlib. Axı nə məcburdur Aqşin bəy?

Biz Aqşin Fatehi meyxanaçı kimi tanımışıq, mən də zamanında onu sevə-sevə dinləmişəm. . Amma indi Aqşin Fatehdə meyxana adına yalnız bir şey qalıb. O da yersiz ciddiyyəti. Kim nə deyir desin, Aqşin Fateh meyxandan müğənniliyə keçid edən ən uğursuz meyxanaçıdır. Amma bu hələ son deyil. Məşhur türk mahnısında deyildiyi kimi “Yol yakınken dönelim”. Dönəlim Aqşin bəy vallah dönəlim.

# 5439 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #