Cəlil Cavanşir: "Afaq Məsud idarəçilikdə naşıdır, qərəzlidir, paxıldır"

Cəlil Cavanşir:   "Afaq Məsud idarəçilikdə naşıdır, qərəzlidir, paxıldır"
28 avqust 2023
# 13:58

"Azərbaycan Dövlət Tərcümə Mərkəzi müxtəlif dəyərli adamları, müxtəlif vaxtlarda işə götürməsi, sonra işdən çıxarması ilə məşhurdur. Çünki Xalq yazıçısı Afaq Məsud idarəçilikdə də naşıdır, qərəzlidir, paxıldır".

Kulis.az xəbər verir ki, bu sözləri yazıçı, şair Cəlil Cavanşir feysbuk statusunda qeyd edib.

O, Mərkəzin Azərbaycan ədəbiyyatını yetərli səviyyədə təbliğ etmədiyindən şikayətlənib:

"Yurdumuzda Azərbaycan Dövlət Tərcümə Mərkəzi adlı bir qurum var. İdarə Heyətinin sədri də xalq yazıçısı Afaq Məsuddur.
Azərbaycan Dövlət Tərcümə Mərkəzində çox dəyərli insanlar işləməkdədir ki, əksəriyyətinin yaradıcılığı və xidmətləri ilə yaxından tanışam.

Ancaq Azərbaycan Dövlət Tərcümə Mərkəzində həm də Xalq yazıçısı Afaq Məsudun ailə üzvləri, yaxınları, dostları və rəfiqələri də çalışır. Onların heç birinin fəaliyyəti ilə tanış deyiləm.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin vəzifələrindən biri də "...Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliği işinin həyata keçirilməsidir." Ancaq Azərbaycan Dövlət Tərcümə Mərkəzi daha çox xarici portallarda yerli yazıçıların hekayələrini çap etdirir. sonra da rəsmi saytında bu barədə xəbərlər paylaşır.

Halbuki Azərbaycan Dövlət Tərcümə Mərkəzi daha böyük işlər görməlidir! Hansı işlər? Bunu xalq yazıçısı Afaq Məsud çox gözəl bilir. Amma şəxsi ambisiyaları, şöhrətpərəstliyi, dostbazlığı, qohumbazlığı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ciddi bir qurum kimi fəaliyyət göstərməsinə mane olur.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi müxtəlif dəyərli adamları, müxtəlif vaxtlarda işə götürməsi, sonra işdən çıxarması ilə məşhurdur. Çünki xalq yazıçısı Afaq Məsud idarəçilikdə də naşıdır, qərəzlidir, paxıldır.

İndi sual yarana bilər ki, müəllim sənin nəyinə lazımdır Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyəti?

Açığı mənə qətiyyən lazım deyil. Amma bu ölkəyə, bu xalqa, bu ölkənin və xalqın mədəniyyətinə, ədəbiyyatına lazımdır. Ona görə yadıma düşdü, yazdım.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi və xalq yazıçısı Afaq Məsud barədə hələlik bu qədər".

# 4982 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər