Cakarta Film Festivalına qəbul başlandı

Cakarta Film Festivalına qəbul başlandı
25 iyul 2025
# 12:42

Sentyabrın 20-21-də Cakarta şəhərində keçiriləcək “İndoneziya və Müsəlman dünyası Film Festivalı 2025” İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr, həmçinin Azərbaycan festivalda nümayiş olunacaq filmlərini təqdim etməklə, iştirak edə bilər.

Kulis.az xəbər verir ki, festivala 2022-2025-ci illər ərzində istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya filmləri qəbul olunur. Qısametrajlı filmlər 10-30, uzunmetrajlı filmlər isə 70-120 dəqiqə arasında olmalıdır.

“Bəşəriyyət və həmrəylik”, “Müsəlmanların gündəlik həyatı”, “Müsəlman qadınlar və gənclik”, “Yerli ənənələr və müsəlmanların mədəniyyəti”, “Mənəviyyat, əxlaq və həyat səyahəti”, “Tolerantlıq və birgəyaşayış” mövzularında olan filmlərə daha çox üstünlük verilir.

Zorakılıq, pornoqrafiya, nifrət və kafirlik aşılayan filmlərin nümayişinə isə icazə verilməyəcək

Qeyd edək ki, film qəbulu avqust ayının 2-dək davam edəcək.

# 1626 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər