Nura Suri: "Bütün şadlıq sarayları məmurlarındır"

Nura Suri:  "Bütün şadlıq sarayları məmurlarındır"
18 aprel 2025
# 18:35

"Şadlıq saraylarını işlədənlər isə fotoqrafın, dekor şirkətinin, tort hazırlayanın puluna şərik olur, monopoliya yaradır, gözü doymur. İnsanların qazancının qarşısını alırsınız ki, 5-3 manat qazanan da qazana bilməsin. İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar".

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri öz feysbuk hesabında yazıb.

"İnsanların çörəyinə bais olub mafiya qurublar"

Onun dediyinə görə şadlıq sarayı sahibləri işçilərin puluna şərik olur:

"Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz. Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?
Necə olur ki, sənədlə həmin o möhtəşəm şadlıq sarayları adi adamların adına olur və heç kəs maraqlanmır, sənə bu pul hardandır? Banka ay ərzində 10 mindən artıq pul qoyan kimi haqq-hesab soruşurlar adamlardan.

Şadlıq saraylarını işlədənlər isə fotoqrafın, dekor şirkətinin, tort hazırlayanın puluna şərik olur, monopoliya yaradır, gözü doymur. İnsanların qazancının qarşısını alırsınız ki, 5-3 manat qazanan da qazana bilməsin. İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar. Bəsdirin də!

Dünən status yazmışam, hamı paylaşıb: “halal olsun, səsimiz oldunuz” yazır. Niyə oturub gözləyirsiniz ki, mən yazım? Niyə özünüz danışmırsınız?
Niyə toy yiyəsi şadlıq saraylarının şərtləri ilə razılaşır? Suallar çoxdur, hamı da hər şeyi görür, bilir və susur".

"Bütün şadlıq sarayları məmurlarındır"

Müğənni onu tənqid eləyənləri də unutmayıb:

"Mən də doğruları yazanda, bəzi gerizəkalılar özlərinə əl qatırlar ki, “Nuranın başı gedib, hər şeyə fikir bildirir, dəli olub” və s. Özünüz pıçhapıçla danışdıqlarınızı mən ictimailəşdirəndə “dəli” oluram? Ən azından vicdanım təmizdir, susmadığım üçün. Siz isə boyun əyirsiniz adı administratorlara (hamısına şamil olunmur). Ay aman, birdən burarlar sizi hansısa tədbirdən. Burublar da hər yerdən, onsuz da, möcüzə gözləyirsiniz? Hələ dünən bəziləri zəng ediblər ki, nəyinə lazım yazma, demə sabah sənə ya uşağına nəsə edərlər. Bütün şadlıq sarayları məmurlarındır. Qoy məni bu sözləri yazdığıma görə şərləsinlər, ya da uşağıma nəsə etsinlər. Dərəbəylikdir? Bu nə qorxudur içinizdə?"

# 480 dəfə oxunub

Oxşar xəbərlər

Zərif və döyüşən poeziya - Tofiq Bayramın 90 illiyinə

Zərif və döyüşən poeziya - Tofiq Bayramın 90 illiyinə

14:00 19 aprel 2025
"Varlı qadın" tamaşasının premyerası oldu

"Varlı qadın" tamaşasının premyerası oldu

13:45 19 aprel 2025
Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

13:00 19 aprel 2025
Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı

Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı

12:30 19 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir - Aydın Talıbzadə

Tənqid darıxan insanın ucuz əyləncəsidir - Aydın Talıbzadə

12:00 19 aprel 2025
Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

11:45 19 aprel 2025
#
#
# # #