"Bu, insanlığa qarşı cinayətdir" - Məşhurlardan İsrailə etiraz

"Bu, insanlığa qarşı cinayətdir" - Məşhurlardan İsrailə etiraz
28 oktyabr 2025
# 13:32

"Radiohead" qrupunun solisti Tom York İsraildə konsert verməyəcəyini bildirib.

Kulis.az xəbər verir ki, 2017-ci ildə Tel-Əvivdə konsert verən York bu sözləri "Sunday Times"a açıqlamasında deyib:

"Xeyr, qətiyyən. Netanyahu rejiminin 5 min mil yaxınında olmaq istəmirəm".

Dünyaca ünlü isimlerden İsrail tepkisi: Radiohead de açıkladı - 2

Hollywood ulduzları birləşdi

Ötən ay Oliviya Kolman, Mark Ruffalo, Tilda Suinton, Xavier Bardem, Syuzan Sarandon, Xoakin Feniks, Runi Mara və digər məşhurlar israilli kino şirkətləri ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayan birgə bəyanata imza atıblar.

Dünyaca ünlü isimlerden İsrail tepkisi: Radiohead de açıkladı - 3

Bəyanatda qeyd olunub:

"Fələstin xalqına qarşı soyqırım və ayrı-seçkilik siyasətində iştirak edən israilli kino şirkətləri ilə işləməyəcəyik və onların tədbirlərində iştirak etməyəcəyik".

Fələstinə açıq dəstək

Yəhudi əsilli aktrisa Hanna Eynbinder çıxışında deyib:

"Bir yəhudi olaraq yəhudilərin İsrail dövlətindən ayrı olduğunu bildirmək mənim borcumdur".

Dünyaca ünlü isimlerden İsrail tepkisi: Radiohead de açıkladı - 4

Dünyaşöhrətli müğənni Dua Lipa və Fələstin əsilli model Bella Hadid də Fələstinə dəstək açıqlamaları veriblər. Aktyor Mark Ruffalo isə Qəzzada baş verənlər barədə "bu, insanlığa qarşı cinayətdir" deyib.

Dünyaca ünlü isimlerden İsrail tepkisi: Radiohead de açıkladı - 6

400-dən çox musiqiçinin etirazı

"Massive Attack", "Primal Scream", "Japanese Breakfast", Karol Kinq, Rina Savayama və Mo kimi 400-dən çox sənətçi İsraildəki rəqəmsal platformalardan əsərlərini geri çəkərək "Soyqırıma musiqi yox" kampaniyasına qoşulublar.

# 139 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:56 28 oktyabr 2025
Fars dilində oxunan şeirə Səməd Vurğunun cavabı nə oldu? - Güney Azərbaycanın "Yumruğ"u

Fars dilində oxunan şeirə Səməd Vurğunun cavabı nə oldu? - Güney Azərbaycanın "Yumruğ"u

17:45 28 oktyabr 2025
Britaniyanın "rəsmi dövlət şair"i - O, Silviya Platın gündəliklərini niyə məhv etmişdi?

Britaniyanın "rəsmi dövlət şair"i - O, Silviya Platın gündəliklərini niyə məhv etmişdi?

16:25 28 oktyabr 2025
İlon Mask Vikipediyaya qarşı:  Qrokipediya nədir?

İlon Mask Vikipediyaya qarşı: Qrokipediya nədir?

16:20 28 oktyabr 2025
Məlahət Abbasova Türkiyədə yeni filmdə çəkilir

Məlahət Abbasova Türkiyədə yeni filmdə çəkilir

16:10 28 oktyabr 2025
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

15:22 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər