Bu həftə Türkiyədə nümayiş olunacaq 7 film

Bu həftə Türkiyədə nümayiş olunacaq 7 film
5 may 2023
# 18:00

Kulis.az xarici mediaya istinadən bu həftə Türkiyədə kinoteatrlarda nümayiş olunacaq 7 filmi təqdim edir.

1. Kris Pratt, Zoe Saldana, Deyv Batista, Karen Qillan, Pom Klementieff və Silvester Stallonenin rol aldığı "Qalaktikanın mühafizəçiləri 3" komediya filmi macəra həvəskarlarını kinoteatrlara cəlb etmək məqsədi daşıyır. Ssenarisini və rejissorluğunu Ames Qannın etdiyi film Roketin həyatını xilas etmək üçün yenidən birləşən mühafizəçilərin hekayəsindən bəhs edir. Filmdə sevimli uyğunsuzlar komandası olan Guardians, baş verənlərdən sonra Knowhere-də özlərinə yeni həyat qurmaq üçün mübarizə aparır.

2. "Sevgi saatı 19.03"

Baş rollarda Berat Efe Parlar, Feride Hilal Akın, Sadi Celil Cengiz, Paskal Numa, Hayko Çepkin və Ali Sürmelinin yer aldığı "Sevgi saatı 19.03" yerli komediyasevərlərin diqqətini çəkməyi hədəfləyir. Rejissoru Hasan Gümet olan film bir atanın Beşiktaş sevgisindən bəhs edir.

3."Şeytanın düşməni"

Qorxu trillerində qəhrəman çoxillik bir sui-qəsdin üstünü açır. Filmin süjeti şeytanın balaca oğlanı təqib etməsi üzərində qurulub.

4. "Şirin problem"

Rejissor və ssenari müəllifi Rocer Kambl olan "Sweet Trouble" filmində Virciniya Qardner, Otem Rizer və Dilan Spruz çəkilib. Dram və romantik komediya həvəskarlarını kinoteatrlara cəlb etmək məqsədi daşıyan film, fərqli həyatlara malik iki gəncin ehtiraslı sevgi hekayəsini əks etdirir.

5. "Bu mənim günahımdır"

Rejissor Fransua Ozonın filmi 1930-cu illərdə Parisdə məşhur prodüseri qətlə yetirməkdə ittiham olunan və ən yaxın dostunun köməyi ilə başı tamam başqa həyata qarışan gənc aktrisa Madlen Verdierin hekayəsindən bəhs edir. Filmdə baş rollarda Nadya Tereşkeviç, Rebekka Marder və Izabel Hupper çəkilib.

6. "Şübhə"

Rejissor Ceymi Pattersonun çəkdiyi "Şübhə" filmində Samanta Bond, Patrik Berqin və Ceyms Kosmo rol alıb. Triller gənc ana Helenin atasının intiharından sonra yaranan iztirablarından bəhs edir.

Helen atasının ölümünə nəyin səbəb olduğunu araşdırmağa başlayarkən, 30 il əvvəl açılmamış bir sirri açdıqda, o, həm də övladı üçün ölümcül ola biləcək qaranlıq bir ailə sirrini kəşf edir.

7. "Elvill Elfrid"

Atle Solberq Blakset və Frenk Mosvold tərəfindən kinoya uyğunlaşdırılmış Norveç istehsalı olan "Elleville Elfrid" animasiya həvəskarlarını kinoteatrlara cəlb etmək məqsədi daşıyır.

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

Rejissor Kənan MM və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub - YENİLƏNİB

Rejissor Kənan MM və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub - YENİLƏNİB

18:27 19 fevral 2026
Parisdəki "sehrbaz otağı" - Bretonun evindəki şaman maskalarının gizli sirri

Parisdəki "sehrbaz otağı" - Bretonun evindəki şaman maskalarının gizli sirri

18:00 19 fevral 2026
Həyat yoldaşı Andre Jidin gizli meyillərini öyrənəndə nə etmişdi?

Həyat yoldaşı Andre Jidin gizli meyillərini öyrənəndə nə etmişdi?

17:15 19 fevral 2026
"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli

"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli

16:24 19 fevral 2026
"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı

"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı

15:47 19 fevral 2026
Beynəlxalq Qadınlar Günündə konsert prqoramı

Beynəlxalq Qadınlar Günündə konsert prqoramı

14:17 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər