Bu filmimiz festivalda göstəriləcək

Bu filmimiz festivalda göstəriləcək
19 avqust 2022
# 14:30

Sankt-Peterburqda MDB ölkələrinin iştirakı ilə Lendoc Film Festivalı (LEFF) açılır.

Kulis.az xəbər verir ki, avqustun 21-dən 24-nə kimi Sankt-Peterburqda “Lendok” Açıq Kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçiriləcək. Təşkilatçılar təkcə Rusiyadan deyil, həm də qonşu ölkələrdən olan tərəfdaşları və paytaxtın qonaqları üçün işgüzar, mədəni və əyləncə proqramı hazırlayıblar.

Bu günlərdə Rusiya və MDB ölkələrinin III Beynəlxalq Bədii və Sənədli Filmləri Film Festivalı Lendoc Film Festivalı (LEFF), həmçinin Rusiya və MDB ölkələrinin birgə istehsalı üzrə Beynəlxalq Konfrans keçiriləcək.

Festivalda Azərbaycandan Rasim Ocaqovun "İstintaq" filmi də nümayiş olunacaq. Filmdə Aleksandr Kalyagin, Həsən Məmmədov, Şəfiqə Məmmədova, Rasim Balayev, Yevgeni Lebedev, Tofiq Mirzəyev, Həsən Turabov rol alıblar.

Qeyd edək ki, festivalın “Onlayn platformalar üçün oyun serialları” kateqoriyası üzrə qiymətləndirmənin üzvlərindən biri də “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovdur.

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər