Brüsseldə "Xocalı yaralı ruhlar şəhəri" adlı sərgi keçirildi

Brüsseldə "Xocalı yaralı ruhlar şəhəri" adlı sərgi keçirildi
18 fevral 2023
# 11:05

Müasir tariximizin yaralı səhifələrindən biri olan Xocalının dinc əhalisinə qarşı törədilmiş amansız soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi Brüsseldə dünya şöhrətli fotojurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” fotosərgisini təşkil edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, səfir Vaqif Sadıqov tədbirin iştirakçılarını öncə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Daha sonra səfir, 1992-ci ilin 26 fevral tarixində 613 mülki şəxsin dəhşətli qətliamı, 8 ailənin tamamilə məhvi, 1300 nəfərin əsirliyə götürülməsi, yüzlərlə azyaşlıların valideynsiz qalması ilə nəticələnən və bütövlüklə insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında tədbirin iştirakçılarına məlumat verib. Səfir, ölkəmizin çətin günlərində Azərbaycanda olan, xalqımızın çəkdiyi əziyyətli günlərin canlı şahidi, həqiqətləri öz kamerasına qeyd edən və dünyaya yayan Reza Deqatiyə təşəkkürünü bildirib.

Daha sonra Reza Deqati çıxış edib, bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini və həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. Reza Deqati, əslində insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların daha çox sağ qalan insanların ruhlarına, qəlblərinə, yaddaşlarına sağalmayan yaralar açdığını dərk etməyimizin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.

Tədbirdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək Reza Deqatinin dilindən sərgidə təqdim edilən hər bir foto-şəkil haqqında məlumat alıb, konsert proqramının zənginliyindən məmnun qaldıqlarını və olduqca emosional bir tədbirə şahid olduqlarını bildiriblər.

# 1729 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər