"Böyük ideyalar ehtiras olmadan həyata keçirilmir..." - Hegeldən aforizmlər

"Böyük ideyalar ehtiras olmadan həyata keçirilmir..." - Hegeldən aforizmlər
27 avqust 2026
# 14:20

Bu gün görkəmli alman filosof Georq Vilhelm Fridrix Hegelin doğum günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

Ana dilində danışmaq böyük mədəniyyətdir.

Estetik hissə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil.

Əxlaq gözəllik rolunu oynamalıdır.

Əsl sənət əsəri - təfərrüatı ilə yaradılış vaxtını, dövrünü və yaşayış yerini əks etdirir.

Əvvəlcə ananın tərbiyəsi ən vacibdir, çünki əxlaq uşağa hiss kimi yeridilməlidir.

Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir.

Həqiqətən ölməz sənət əsərləri hər zaman insanlar üçün əlçatan və xoş qalır.

Hər bir sənət əsəri öz dövrünə, insanlarına, mühitinə aiddir.

Həyat - bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə - özünü öldürməkdir.

İnsan azadlıq üçün yetişdirilir.

İnsan bilik sayəsində ölməzdir. Bilik, düşüncə onun həyatının, ölməzliyinin köküdür.

Təhsil bir insanı müstəqil bir varlığa, yəni iradəsi olan bir varlığa çevirməyi hədəfləyir.

Ümumiləşdirmək düşünməkdir.

Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır.

Zəriflik və nəzakət həqiqəti kəsməyəcək, əksinə çiskin yağışdan, yöndəmsizliklərindən və müvəqqəti çətinliklərindən şikayət edəcəkdir.

Danışıq heyrətamiz dərəcədə güclüdür, lakin onu istifadə etmək çox zəka tələb edir.

Dahi olmayan istedad çılpaq virtuozluq səviyyəsindən çox yüksəlmir.

Dünyada böyük ideyalar ehtiras olmadan həyata keçirilmir.

Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan.

Nitq - heyranedici güclü vasitədir. Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır.

Ruh sonsuz bir fikirdir.

Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır.

Xoşbəxtliyin sirri-insanın "mən" dairəsindən çıxa bilmə bacarığındadır.

# 830 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər