Vüsalə Mahirqızı: "Xarici təsirlərin sosial mediada yaymaq istədiyi xurafata qarşı birgə mübarizə aparmalıyıq"

Vüsalə Mahirqızı:  "Xarici təsirlərin sosial mediada yaymaq istədiyi xurafata qarşı birgə mübarizə aparmalıyıq"
15 iyul 2025
# 22:32

"Media dini mövzulara həm dövlət-din konsepsiyası, həm dini mövzularda maarifləndirmə, həm də dini manipulyasiya cəhdlərinə qarşı mübarizə konsepsiyasından yanaşmalıdır".

Azərbaycanda din siyasətdən kənar, dəyərlərə əsaslanır

Bunu APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransdakı çıxışı zamanı deyib.

Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan dinin sağlam şəkildə qorunduğu nadir ölkələrdən biridir: "Azərbaycanda insanların dini həssas hissləri, müqəddəs dəyərləri siyasi istifadə vasitəsinə çevrilmir. Əksinə, daim maarifləndirmə siyasətin dini məkanlara nüfuz etməməsi ilə bağlı olub".

Azərbaycan İslam dəyərlərinin qorunmasında nümunədir

Vüsalə Mahirqızı vurğulayıb ki, Azərbaycan İslami dəyərlərin, dini kimliyin qorunmasında nümunə ölkədir:

"Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmet İstanbulun müsəlman türklərin ocağına çevrilməsinin təsdiqi olaraq məscidlər inşa edirdi. İstanbul İslam mədəniyyətinin nadir dini abidələrinin olduğu mərkəzə çevrilirdi. Yeni dövrdə bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür. Diqqət edirsinizsə, Prezidentin işğaldan azad olunan ərazilərimizdə ilk inşa etdiyi abidə məscidlərdir. Bu məscidlər Qarabağ və Şərqi Zəngəzurda bizim milli və dini kimliyimizin təsdiq abidələridir. O minarələrdən yüksələn azan səsi bizim orda olduğumuzu hər gün sərhədin o üzünə xatırladır. Fikrimcə, bu təkcə Azərbaycan üçün deyil, İslam dünyası üçün böyük xidmət, böyük bir yaddaş yenilənməsidir. Bunu edən lider isə İlham Əliyevdir. Fikrimcə, bu nüanslar təkcə mediada yox, elə din xadimlərimizin çıxışlarında da vurğulanmalıdır".

Dinə dair yazan jurnalistlər ixtisaslaşmalıdır

Vüsalə Mahirqızı media ilə ölkədəki dini qurumlar, həmçinin İlahiyyat İnstitutu arasında dialoqunun daimi olmasının vacibliyini vurğulayıb.

"Mediada dini mövzulardan yazanların məlumatlanmalarına ehtiyac var, bu sahədə ixtisaslaşmış peşəkarlar yetişsələr çox yaxşı olar".

Baş direktor vurğulayıb ki, medianın xüsusi həssas yanaşmalı olduğu məsələlərdən biri də nifrət nitqlərinə yol verilməməsidir.

Xarici təsirlərin yaydığı xurafat və aqressiyaya qarşı birlik vacibdir

"Bu məsələdən danışarkən, xüsusilə vurğulamaq istədiyim məqam budur. Burda tolerantlıq və qarşılıqlı hörmət vacibdir. Biz sosial şəbəkələrdə bəzən dindarlara qarşı daha tolerant davranış görürük, nəinki dindarlar tərəfindən. Halbuki din əxlaqı səbr, dözümlülük, müxalif fikrə hörmət təbliğ edir. Burda bir həssas məsələni də vurğulamalıyam. Xüsusilə sosial mediada din adı altında xarici kənar təsirlər vasitəsilə xurafatın aşılanması, vətənpərvər hisslərin dini ehtiramla qarşı-qarşıya qoyulması halları müşahidə olunur. Bu, hazırda mənim sosial şəbəkələrdə izlədiyim məsələdir. Kənar təsirlər dini manipulyasiya etməklə dindarlarla bağlı aqressiv görüntü yaratmağa çalışırlar. Əlbəttə, bu məsələlərdə həm media, həm də din xadimləri çox diqqətli olmalıdılar. Biz xarici təsirlərin Azərbaycan sosial media seqmentində yaymaq istədiyi cəhalətə, xurafata, müxtəlif hadisələr zamanı olan manipulyasiya cəhdlərinə qarşı birgə mübarizə aparmalıyıq".

# 810 dəfə oxunub

Oxşar xəbərlər

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

16:00 6 dekabr 2025
Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

15:00 6 dekabr 2025
“Yaddaş sarayları” filmi Azərbaycanda ilk dəfə nümayiş olanacaq

“Yaddaş sarayları” filmi Azərbaycanda ilk dəfə nümayiş olanacaq

14:30 6 dekabr 2025
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

14:00 6 dekabr 2025
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

13:35 6 dekabr 2025
Bakıda “Boşluğa xütbə” filminin premyerası keçiriləcək

Bakıda “Boşluğa xütbə” filminin premyerası keçiriləcək

12:35 6 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər