Bir əlində qələm, birində bıçaq... - HƏKİM YAZIÇILAR

Həkim yazıçılar

Həkim yazıçılar

22 oktyabr 2021
# 21:00

Kulis.az peşəsi həkim olan məşhur yazıçıların siyahısını təqdim edir.

Fridrix Şiller – alman şairi və dramaturqu. Şiller hərbi feldşer ailəsində dünyaya gəlmişdi. Biliyi ilə Vürtenberq hersoqunun diqqətini çəkən Şiller hərbi akademiyaya daxil olmaq imkanı əldə edir, burda əvvəlcə hüquqşünaslıq, sonra tibb üzrə təhsil alır. Şiller akademiyanı bitirdikdən sonra hərbi alay həkimi kimi fəaliyyət göstərir.

A Tale of Two Queens - Mary Stuart by Friedrich Schiller - History of Royal  Women

Anton Pavloviç Çexov – rus yazıçısı. Moskva Tibb Universitetini bitirib, əyalət həkimi işləyib.

Anton Pavloviç Çexov

Mixail Bulqakov – rus yazıçısı, “Master və Marqarita”nın müəllifi. Gimnaziyanı bitirdikdən sonra Kiyev Tibb Universitetində təhsilini davam etdirib. Birinci Dünya Müharibəsində hərbi həkim kimi çalışıb.

İt ürəyi" - Mixail Bulqakov • Yazıçı Ceylan Mumoğlunun rəsmi saytı

Fransua Rable – Nostradamusun oxuduğu Monpelye Universitetində tibb fakültəsində oxuyub. Rable tibb elmi ilə bağlı araşdırmalar, məqalələr yazıb. Məşhur “Qarqantua və Pantaqruel” əsərinin müəllifidir.

Fransua Rable - kamilinfo.net

Stanislav Lem – polyak yazıçısı, Nobel mükafatçısı. İkinci Dünya Müharibəsi başlayanda Lvov Tibb Universitetində təhsil alıb.

The A to Z of Stanisław Lem | Alphabet | Culture.pl

Kobo Abe – yapon yazıçısı. Tokio Universitetində təhsil alıb, lakin buraxılış imtahanlarını uğurla başa vura bilməyib.

The Ruined Map, Secret Rendezvous and The Box Man by Kōbō Abe – review |  Fiction | The Guardian

Konan Doyl – ingilis yazıçısı. Hərbi həkim olub. Doylun özündən də məşhur qəhrəmanı Şerlok Holmsun prototipi də yazıçının həkim dostu idi.

14 crazy facts on Sir Arthur Conan Doyle, the man who created Sherlock  Holmes - Education Today News

Lui-Ferdinand Selin - ixtisasca həkim olan məşhur fransız yazıçısı Selin 1894-cü ildə doğulub. Selinin uşaqlığı haqqında çox az məlumat var. Yazıçının debüt romanı 1932-ci ildə dərc olunub. Dörd il sonra nəşr etdirdiyi “Ölüm və kredit” romanı yazıçıya dünya şöhrətli gətirib. II Dünya müharibəsindən sonra yazıçı işğalçılarla əməkdaşlıqda ittiham olunub və bu səbəbdən Almaniyaya, ardınca Danimarkaya mühacirət etmək məcburiyyətində qalıb.

Céline: great author and 'absolute bastard' | Fiction | The Guardian

Somerest Moem – ingilis yazıçısı. London Tibb Universitetini bitirib. Ancaq peşəsi üzrə işləməyib.

Somerset Moem - “Teatr” • Yazıçı Ceylan Mumoğlunun rəsmi saytı

Xalid Hüseyni - əfqan əsilli Amerika yazıçısı. 1988-ci ildə məzun olan Xalid Hüseyni həmin il Kaliforniya Universitetinin tibb fakültəsinə daxil olur. Xalid Hüseyni həkimlik peşəsinə “Çərpələng uçuran” romanını yazandan il yarım sonraya qədər davam etdirib.

Çerpeleng Uçuran” – Xalid Hüseyni – KOKTEYL

Abbas Səhhət: Şair-tərcüməçi. Tehran Universitetinin tibb fakültəsini bitirmişdir. Bir müddət Şamaxıda həkim işləyib.

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür | "Nuhçıxan" İnformasiya  Agentliyi

Nəriman Nərimanov – ictimai-siyasi xadim, yazıçı, publisist. 1890-cı ildə Qori seminariyasında təhsil aldıqdan sonra, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib. Xalq arasında Doktor Nəriman kimi tanınan yazıçı təkcə həkimlik etməklə qalmayıb, həm də müxtəlif xəstəliklər haqqında maarifçi broşürlər da yazıb.

Nəriman Nərimanov - Uşaq Bilik Portalı

Rafiq Tağı – Azərbaycan yazıçısı. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Azərbaycanın bir çox rayonlarında baş həkim, eləcə də Moskvada sahə terapevti kimi işləyib. Ölümünə qədər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Tehran Əlişanoğlunun Rafiq Tağı ilə söhbəti » Yarpaq.az

# 5880 dəfə oxunub

Oxşar xəbərlər

“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi

“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

18:42 3 oktyabr 2025
Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

18:17 3 oktyabr 2025
31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

18:01 3 oktyabr 2025
Mabel Matiz 3 il  həbs cəzası ala  bilər

Mabel Matiz 3 il həbs cəzası ala bilər

17:32 3 oktyabr 2025
Kitablarına ən çox qadağa qoyulan yazarlar

Kitablarına ən çox qadağa qoyulan yazarlar

15:50 3 oktyabr 2025
"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

15:18 3 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər