Beynimizin içinə düşən sənətkar - Düşüncə keramikaya necə çevrilir?

Beynimizin içinə düşən sənətkar - Düşüncə keramikaya necə çevrilir?
16 aprel 2025
# 12:00

Kulis.az heykəltəraş və keramika ustası Jonson Tsanq haqqında yazını təqdim edir


Əslən Honkonqdan olan Jonson Tsanq beynəlxalq miqyasda tanınmış heykəltəraş və keramika ustasıdı.
Onun əsərləri realist formalarla sürrealist və konseptual elementləri bir araya gətirərək tamaşaçılarda güclü emosional reaksiya doğurur.


Bu sənətkar, əsasən, insanın daxili aləmini: onun arzularının, psixoloji sıxıntılarının yaratdığı emosional ifadələri yaratdığı sifətlərdə göstərməklə məşğuldu. Onun yaratdığı hər bir əsər daxili emossiyanın plastikasını göz önünə gətirir. Tsanq keramika, paslanmayan polad, porselen və digər materiallarla işləməklə sənətini həm texniki, həm də estetik baxımdan yeni zirvələrə yüksəldir.

Jonson Tsanq 1960-cı ildə Honkonqda anadan olub. Peşəkar sənət təhsili almazdan əvvəl, o, polis zabiti kimi fəaliyyət göstərib. Lakin daxilindəki sənət eşqi onu bu stabil karyeranı tərk etməyə və öz yaradıcılıq yolu ilə getməyə məcbur edib. O, 1990-cı illərin əvvəllərindən keramika sənətinə girişərək özünün yaratdığı bu unikal sənəti getdikcə təkmilləşdirməyə başlayıb.

Tsanqın sənətində diqqət mərkəzinə gətirilən əsas amil insanın daxili əzabları, zehnin dərin qatları və cəmiyyətin fəlsəfi suallarıdır. Onun ən məşhur seriyalarından olan “Lucid Dream” (Aydın Yuxu) və “Open Mind” (Açıq Zehin) silsiləsi insan başının forması üzərində aparılan qeyri-adi vizual eksperimentləri ilə tanınır. Bu əsərlərdə insan beynindən doğan düşüncələr sərhədsiz bir məkanda əriyən və ya parçalanan formalarla ifadə edilir.

Jonson Tsanqın heykəlləri, əsasən, yumşaq, mayevari axışlarla sərt, realist detalların vəhdətindən yaranır. Bu üsul onun əsərlərinə həm vizual paradoks, həm də duyğusal dərinlik qazandırır.

Heykəltaraş tez-tez insan qafasının içində gizlənmiş duyğuların partlama həddində olduğunu göstərir.

Tsanqın əsərləri Asiya, Avropa və Amerikada bir çox sərgilərdə nümayiş etdirilib. O, beynəlxalq mükafatlar qazanmaqla yanaşı, sənət festivallarında da fəxri qonaq kimi iştirak edir. Onun, xüsusilə, Çin, Koreya və ABŞ-da keçirdiyi sərgilər böyük maraq doğurub, əsərləri həm texniki dəqiqlik, həm də estetik dərinliyi baxımından yüksək qiymətləndirilib.

Jonson Tsanqın fikrincə, heykəltəraşlıq təkcə vizual ifadə deyil, həm də duyğuların çatdırılma vasitəsidi: “Mənim heykəllərim danışmır, ancaq insanlar baxanda onların nə demək istədiyini anlayır. Çünki mən bu əsərlərimlə insanın daxili aləmini, onların arzularını, qorxularını və cəmiyyətin təzyiqlərini ifadə etməyə çalışmışam”.

Jonson Tsanq hazırda Honkonqdakı şəxsi emalatxanasında fəaliyyət göstərir. O, həm fərdi sərgilər hazırlayır, həm də gənc sənətkarlarla əməkdaşlıq edir. Sosial mediada olduqca aktivdir. Tsanq bu işlərinin yaranma prosesini izləyiciləri ilə paylaşaraq sənətsevərlərlə canlı əlaqə qurur.





# 1941 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
Tbilisidə azərbaycanlı icmanın guşəsi təqdim olundu

Tbilisidə azərbaycanlı icmanın guşəsi təqdim olundu

11:46 3 oktyabr 2026
Koreyanın zəngin mədəniyyəti  Britaniya Muzeyində

Koreyanın zəngin mədəniyyəti Britaniya Muzeyində

11:00 3 oktyabr 2026
Məşhur filosof vəfat etdi

Məşhur filosof vəfat etdi

10:40 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər