Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələri davam edir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələri davam edir
1 sentyabr 2022
# 15:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov və Türkiyə Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mustafa Göksu ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövlətləri Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlığın, Türk dünyasının qədim maddi-mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edilib. Türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin Türk dövlətləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində tanıdılmasında və daha geniş auditoriyalara çatdırılmasında Fondun fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşlərdə Türk Dünyasının zəngin irsinin möhkəmlənməsi yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb.

Görüşlər Türk və ərəb dünyasının mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılması ilə bağlı müzakirələrlə davam edib.

# 2137 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər