Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Musiqi Akademiyası arasında memorandum imzalandı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Musiqi Akademiyası arasında memorandum imzalandı
10 aprel 2023
# 12:50

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli imzalayıblar.

Sənəd özündə Türk dövlətlərinin Ali musiqi təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin və mədəni mübadilələrin yaradılması, eləcə də Türk Dünyasının musiqisinin beynəlxalq səviyyədə tanıdılması yönündə əməkdaşlığı ehtiva edir.

Mərasimi giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli qonaqları salamlayaraq, onları Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin ocağında görməkdən şad olduğunu bildirib. O, Bakı Musiqi Akademiyasının ümumi fəaliyyətindən söz açaraq, Akademiyanın məzunlarının Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil etdiklərini vurğulayıb.

Rektor Bakı Musiqi Akademiyası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun imzaladığı Memorandumu türk dövlətlərinin musiqi sənətinin bir araya gətirilməsinə yönəlmiş addım kimi qiymətləndirib. Fərhad Bədəlbəyli Türk Dünyasının sənət adamlarının eyni kökdən olan türk xalqları arasında müasir dövrdə mədəni əlaqələrin gücləndirilməsinə dəstək vermək üçün hər zaman hazır olduqlarını bildirib.

Rektor Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işləri yüksək qiymətləndirərək, təşkilat ilə birgə əməkdaşlığın ümumtürk musiqisinin və incəsənətinin inkişafına önəmli töhfələr verəcəyinə inandığını qeyd edib.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə yaşı 100 ildən artıq olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycanda peşəkar musiqiçi kadrların yetişməsində mühüm rol oynadığını nəzərə çatdırıb.

Günay Əfəndiyeva mərasimin Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” fəxri statusunu daşıdığı ilə təsadüf etməsinə diqqəti çəkib. Fondun prezidenti Şuşanın bütün Türk Dünyasında zəfər və qürur rəmzini ifadə etdiyini vurğulayıb. O, təşkilat tərəfindən Şuşanın tarixi və mədəni irsinin müxtəlif ölkələrdə təbliği yönündə başladılan geniş miqyaslı layihələrdən söz açıb. Günay Əfəndiyeva ötən il Fondun ilk dəfə Azərbaycanın hüdudlarından kənarda –

Türkiyənin Bursa şəhərində həyata keçirdiyi “Şuşa Günləri”nin yaxın zamanda Özbəkistanın paytaxtı Daşkənddə davam etdiriləcəyini bildirib.

O, türk xalqlarının dünya xalqları ilə yaxınlaşdırılmasının Fondun əsas məqsədləri sırasında yer aldığını qeyd edib. Fondun prezidenti təşkilatın musiqi sahəsində fəaliyyətindən bəhs edib. Günay Əfəndiyeva bildirib ki, imzalanan Anlaşma Memorandumu birgə layihələrin keçirilməsi, fərqlənən tələbələrə mükafatların verilməsi, Akademiyanın müəllim heyətinin mütəxəssis şəklində təşkilatın tədbirlərinə cəlb olunması və digər bu kimi məsələlərə imkan yaradır.

Fond prezidenti Fondun əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində sahə üzrə Türk Dünyası Mərkəzlərinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Günay Əfəndiyeva onların əsasında böyük şəbəkənin qurulmasının türk xalqlarının inteqrasiyasının, qarşılıqlı mədəni-mənəvi mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırıb.

Tədbir Bakı Kamera Orkestrının və Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyətinin ifasında türk bəstəkarlarının musiqilərindən, mahnılarından ibarət konsert proqramı ilə davam etdirilib.

Mərasimdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Fonda üzv və digər ölkələrin səfirləri və nümayəndələri, Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

# 1349 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər