“Bakı: kainat boyunca” adlı psevdoimmersiv tamaşanın premyerası Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasının səhnəsində uğurla baş tutub.
Kulis.az xəbər verir ki, tamaşa Lalə Əliyeva-Klıçkova və Meyxoş Abdullayevin novellaları əsasında səhnələşdirilib və “İki stul” teatr emalatxanasının yaradıcı kollektivi tərəfindən həyata keçirilib.
Tamaşada əsas rolları İsmayıl Əliyev, Anastasiya Lenkovskaya və İnqa Baxoldina ifa ediblər.
Qeyd edək ki, tamaşanın süjeti bəşərin mövcudluğu məsələsini həll edən tale sahiblərinin ətrafında cərəyan edir.