“Azərbaycanın zəngin mədəniyyəti var” aforizmlər kitabı nəşr olundu

“Azərbaycanın zəngin mədəniyyəti var”  aforizmlər kitabı nəşr olundu
12 iyun 2024
# 11:30

“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Azərbaycanın zəngin mədəniyyəti var” adlı kitab hazırlayıb.

Kulis.az xəbər verir ki, kitab Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsinin 55 illik yubileyinə ithaf olunub.

Kitabın “Ön söz”ündə Ulu Öndərin Azərbaycan xalqının mənəvi, mədəni simasının formalaşmasına, onun dünyanın inkişaf etmiş ölkələri kateqoriyasına tamhüquqlu dövlət kimi daxil olmasına əvəzsiz töhfələr verdiyi qeyd olunur. Həmçinin vurğulanır ki, bu gün Ümummilli Liderin mədəniyyət siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın Şərqlə Qərb arasında yeni perspektivli əlaqələr yaratdığı, qloballaşma şəraitində milli ənənələrin qorunub saxlanılmasına nail olduğu da diqqətə çatdırılıb.

Kitab 18 bölmədən ibarətdir. Burada Ulu Öndərin mədəniyyət və incəsənət, yaradıcı ziyalılar və mədəniyyət xadimləri, teatr, kino, musiqi, təsviri incəsənət və rəssamlıq, muzey, tarixi-memarlıq abidələri, kitab nəşri və kitabxana, milli adət-ənənələr, ədəbi-mədəni irs haqqında fikirləri və aforizmləri toplanıb.

Yeni nəşrin tərtibçisi, redaktoru və “Ön söz” müəllifi tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır.

Nəşrin məsləhətçiləri yazıçı, publisist Nüşabə Məmmədli, tarix elmləri doktoru, professor Fuad Məmmədov və sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır. Rəyçilər isə professor Solmaz Amanova və “Azərbaycan dünyası” Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovdur.

# 1925 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər