Azərbaycanın turizm imkanları MDB ölkələrində tanıdılır

Azərbaycanın turizm imkanları MDB ölkələrində tanıdılır
29 avqust 2024
# 17:20

Avqustun 22-dən 29-dək Azərbaycan Turizm Bürosu tərəfindən Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana, Rusiyanın Moskva və Sankt-Peterburq, Belarusun Minsk şəhərində Azərbaycan turizminə həsr edilmiş silsilə tədbirlər təşkil edilib.

Kulis.az xəbər verir ki, təbliğat tədbirlərində ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 14 yerli tərəfdaş təmsil edib.

Tədbirlər çərçivəsində ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndirilməsi məqsədilə keçirilən B2B (Biznesdən biznesə) formatlı görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, yay və qış mövsümü haqqında məlumat təqdim olunub.

Bundan əlavə, xarici turizm sənayesi nümayəndələrinə Azərbaycanda mövcud olan sağlamlıq turizm obyektləri və müalicəvi kurortlar, dağ-xizək mərkəzləri, eləcə də digər turizm məhsulları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxıstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 min 785 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artımdır.

# 1936 dəfə oxunub

Oxşar xəbərlər

Parisdə qalmaqal - Muzey işçisi qadınları gizlicə çəkirmiş

Parisdə qalmaqal - Muzey işçisi qadınları gizlicə çəkirmiş

13:00 12 iyun 2026
Sloveniyanın ilk qadın romançısı - Onu kim doğma dilində yazmağa təşviq etmişdi?

Sloveniyanın ilk qadın romançısı - Onu kim doğma dilində yazmağa təşviq etmişdi?

12:00 12 iyun 2026
Ölmədən öncə mütləq oxunmalı kitablar - XX əsrin ən yaxşı 20 romanı

Ölmədən öncə mütləq oxunmalı kitablar - XX əsrin ən yaxşı 20 romanı

12:00 12 iyun 2026
Ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

Ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

11:30 12 iyun 2026
Dinozavrları "dirildənlər": Paleo-rəssamlıq nədir?

Dinozavrları "dirildənlər": Paleo-rəssamlıq nədir?

11:00 12 iyun 2026
Ariana Qrandedən Ağ Evə sərt etiraz

Ariana Qrandedən Ağ Evə sərt etiraz

10:30 12 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər