Azərbaycan və Pakistan rəssamlarının birgə sərgisi təşkil olundu

Azərbaycan və Pakistan rəssamlarının birgə sərgisi təşkil olundu
16 may 2022
# 10:40

Mayın 15-i “Sedet Art” rəsm qalereyasında Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, “Dünyaya sevgi” adlanan sərgidə azərbaycanlı rəssamlar Nəvai Metinin, Validə Əsədin, pakistanlı rəssamlar Şafiq Faroqinin, Uzma Nazirin və artfotoların müəllifi Aydın Mehtiyevin əsərləri sənətsevərlərə təqdim olunub.

Sərgidə rəssamlarla bərabər bir çox sənət adamları və ictimaiyyət nümayəndələri də iştirak edib.

“Dünyaya sevgi” sərgisində Pakistanın Azərbaycandakı səfiri Bilal Haye də iştirak edib, rəssamların əsərləri ilə tanış olub, Azərbaycan və Pakistan arasında mədəni əlaqələrdən danışıb.

“Uluslararası Aktivist Sanatçılar Derneyi”nin Azərbaycan təmsilçisi Rəsm Komitəsi başqanı, ARİ-nin üzvü Nəvai Metin sərgi haqqında məlumat verərkən bildirib ki, UASD-nin dəstəyi ilə turist sənətçilərin sərgiləri təşkil olunur. Bu dəfə də pakistanlı rəssam Şafiq Faroqinin və Uzma Nazirin rəsm əsərlərinin sərgiləri keçirildi. O həm də bildirib ki, bu cür sərgilərin davamı olacaq.

Sərgidə rəssamlardan başqa sənətşünas Ziyadxan Əliyev, şairlər Ayaz Arabaçı, Rəbiqə Nazimqızı və digərləri iştirak edib.

Qeyd edək ki, daha çox natura janrında çəkilmiş tablolar sərgiyə baxanların diqqətini çəkib.

# 3236 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

15:30 1 oktyabr 2026
Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi...  - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi... - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

15:29 1 oktyabr 2026
Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

14:00 1 oktyabr 2026
Gülnar Səmanın   monoqrafiyası çap olundu

Gülnar Səmanın monoqrafiyası çap olundu

13:30 1 oktyabr 2026
Məşhur reper yeni mahnısını anasına həsr etdi

Məşhur reper yeni mahnısını anasına həsr etdi

13:00 1 oktyabr 2026
Üçqat "Qremmi" laureatından yeni albom

Üçqat "Qremmi" laureatından yeni albom

12:30 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər